Milli Məclisdə uşaq hüquqlarına həsr olunmuş «dəyirmi masa»
Noyabrın 18-də Azərbaycan Respublikasının Milli Məclisində Avropa İttifaqının maliyyələşdirdiyi "Uşaqların Xilası" (Save the Children) beynəlxalq təşkilatı ilə birgə "Milli Qanunvericilikdə Uşaq hüquqları: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, ictimai müzakirə əlamətdar bir dövrə - BMT-nin uşaq hüquqları ilə bağlı xüsusi konvensiyasının ildönümünə təsadüf etmişdir. H.Rəcəbli Milli Məclisdə uşaq hüquqları ilə bağlı qəbul edilmiş qanun və qərarlar barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, "dəyirmi masa"nın təşkili ölkəmizdə uşaq və gənclərin hüquqlarının müdafiəsinin, sosial-iqtisadi inkişafının daha da təkmilləşdirilməsinə xidmət edir.
"Uşaqların Xilası" (Save the Children) təşkilatının Azərbaycan və Gürcüstan üzrə direktoru Lesile Vilson demişdir ki, 90 il əvvəl yaranan qurum məhz uşaqların hüquqlarının müdafiəsi sahəsində qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması məqsədi daşıyır. Təşkilat rəhbəri fəaliyyətlərinin daha da genişləndirilməsi sahəsində görülən işlər barədə danışmışdır. Bildirilmişdir ki, Azərbaycan parlamentində keçirilən bu tədbir uşaq və gənclərin peşə hazırlığının artırılmasına, onların həyat bacarıqlarının inkişaf etdirilməsinə, yaşadıqları müvəqqəti yaşayış müəssisələrini tərk etdikdən sonra müstəqil fəaliyyət sahəsində mövcud problemlərinin aradan qaldırılmasına yardım göstərəcəkdir.
Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan uşaqlara göstərilən dövlət qayğısından danışmışdır. O, Heydər Əliyev Fondunun bu sahədəki əvəzsiz xidmətlərini, Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir.
"Dəyirmi masa"da iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, deputatlar Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Rauf Əliyev, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri bu sahədə əldə olunan nailiyyətlərdən danışmış, beynəlxalq təcrübə barədə fikirlərini bölüşmüş, rəy və təkliflərini səsləndirmişlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!