Milli Məclisdə büdcə müzakirələri davam edir
Noyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.
AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələ barədə çıxış edən Bahar Muradova, Musa Qasımlı, Yevda Abramov, Kamilə Əliyeva, Şahin İsmayılov, Eldar Quliyev, Jalə Əliyeva, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Azər Badamov, Elçin Quliyev, Fuad Muradov, Eldar İbrahimov, Azay Quliyev, Şəmsəddin Hacıyev 2018-ci ilin büdcə layihəsini yüksək dəyərləndirdilər.
Layihə peşəkarlıqla hazırlanmış mükəmməl sənəd adlandırıldı. Qeyd olundu ki, gələn ilin dövlət büdcəsi ölkə daxilindəki mövcud reallıqlar, maliyyə-iqtisadi sahədə dünya miqyasında gedən proseslər nəzərə alınmaqla tərtib olunmuş sosialyönümlü, uğurlu və həssas büdcədir. Deputatlar Maliyyə Nazirliyi başda olmaqla 2018-ci ilin büdcə zərfinə daxil olan sənədləri yüksək səviyyədə hazırlamağa nail olmuş hökumət qurumlarına təşəkkürlərini bildirdilər.
Çıxışlarda vurğulandı ki, Azərbaycan Prezidentinin yürütdüyü çevik və uzaqgörən siyasət sayəsində ölkəmizdə irimiqyaslı işlər görülüb, neftdən asılılıq aradan qaldırılıb, qeyri-neft sektoru sürətlə inkişaf edir, bölgələrdəki sosial-iqtisadi tərəqqinin müsbət nəticələri göz önündədir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın iqtisadi qüdrətini artıracaq, beynəlxalq aləmdə müsbət imicini daha da möhkəmləndirəcək. Ölkədə yaradılan azad sahibkarlıq zonaları və sənaye parkları mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatında ciddi islahatlar aparılıb, qida təhlükəsizliyi istiqamətində böyük işlər görülüb, ərzaq təminatı məsələsində xaricdən asılılıq azalıb. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq gələn il 33 rayon özünümaliyyələşdirmə imkanına malik olacaq.
Müzakirə zamanı deputatlar son illər ölkəmizdə qazanılmış uğurlarla yanaşı, təmsil etdikləri bölgələrdəki çatışmazlıqları da hökumət üzvlərinin diqqətinə çatdırdılar. Bir sıra kənd rayonlarında yolların abadlaşdırılması və qaz çəkilməsi, gənclər evləri tikintisinin davam etdirilməsi, əhalinin sağlamlığını təmin etmək məqsədilə səhiyyə sahəsində zərurət duyulan avadanlığın alınması və digər səhiyyə tədbirlərinin icrası üçün büdcədən əlavə maliyyənin ayrılması, tələbələrin yataqxana ilə təminatına və təhsil haqqı ödənişi ilə bağlı problemə diqqət yetirilməsi, keyfiyyətli film yaradıcılığı üçün lazımi məbləğdə vəsait ayrılması, QHT-lərin fəaliyyətinə dövlətin maliyyə dəstəyinin artırılması və digər mühüm məqamlar önə çəkildi.
Milli Məclis sədrinin müavini Bahar Muradova diqqəti insan kapitalının inkişafına dair məsələlərə yönəltdi. O, ölkədə hakimlərin və vəkillərin sayının artırılmasının vacibliyini önə çəkdi, müxtəlif obyektlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin evlə təminatı zərurətindən bəhs etdi.
Fasilədən sonra iclasda Ziyafət Əsgərov, Valeh Ələsgərov, Rəşad Mahmudov, Əflatun Amaşov, Tahir Kərimli, Rafiq Məmmədhəsənov, Aydın Hüseynov, Sahib Alıyev, Ağalar Vəliyev, Flora Qasımova çıxış etdilər.
Çıxışlarda büdcə layihəsi dayanıqlı inkişafa əsaslanmış təmkinli maliyyə sənədi adlandırıldı. Seçicilərinin qayğılarını önə çəkən deputatlar ölkədə dəmir yolu şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması, məktəb təmiri və tikintisi, səhiyyənin problemləri, ucqar rayonlarda qazlaşdırmanın vacibliyi və s. kimi məsələlərə toxundular.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, 2018-ci il üçün dövlət büdcəmiz dünya bazar iqtisadiyyatı konyukturası və iqtisadi risklər nəzərə alınmaqla tərtib olunub, çox təmkinlidir. Müxtəlif rayonlar üzrə ayrı-ayrı sahələri balanslaşdırma, proporsiya yaratma çox çətin işdir. Hökumətimiz bu işin öhdəsindən bacarıqla gəlib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov gələn ilin dövlət büdcəsində neftin qiymətinin 1 barrel üçün 45 ABŞ dolları məbləğində hesablanmasına dair fikirlərini bölüşdü. O, son illər neftin qiyməti ilə bağlı dünya praktikasında mövcud olan vəziyyətdən danışdı, Azərbaycan hökumətinin proqnozunun əsaslandırılmış və düzgün proqnoz olduğunu vurğuladı.
Müzakirələrə yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, komitə iclaslarında 37, plenar iclaslarda 44 deputat 2018-ci ilin dövlət büdcəsinin layihəsinə dair fikirlərini açıqlayıb, təkliflərini diqqətə çatdırıb. Digər deputatlar da çıxışlarını yazılı olaraq katibliyə təqdim edə bilərlər.
Sonra iclasda maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə səslənmiş fikirlərə münasibət bildirdilər. Maliyyə naziri parlamentdə aparılan səmərəli müzakirələrə, aktual təkliflərə görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkürünü çatdırdı.
İclasın yekununda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, noyabrın 23-də plenar iclasda büdcə zərfinə daxil olan digər məsələlər müzakirə olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!