01 Avqust 2025 08:00
2195
SİYASƏT
A- A+
Milli kimliyin sütunu və dövlət siyasətinin prioritet istiqaməti

Milli kimliyin sütunu və dövlət siyasətinin prioritet istiqaməti


Hər bir xalqın mədəni, tarixi və intellektual inkişafının əsasını təşkil edən dil eyni zamanda milli kimliyin qorunması və nəsildən-nəslə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşını, ədəbi irsini, incəsənətini və dünyagörüşünü formalaşdıran mühüm ideoloji vasitədir. 

Bu baxımdan dilini itirmiş xalq sadəcə mədəni yox, siyasi müstəvidə də mövcudluğunu itirmiş hesab olunur. Məhz buna görə hər bir dövlətin prioritet vəzifələrindən biri ana dilinin qorunması, inkişafı və beynəlxalq səviyyədə təbliğidir.

Azərbaycan xalqının müasir tarixində ana dilinin qorunması və inkişaf etdirilməsi məsələsi çoxsaylı siyasi çətinliklər və ideoloji təzyiqlərlə müşayiət olunsa da, bu istiqamətdə aparılan mübarizə milli şüurun oyanışı ilə paralel şəkildə irəliləmişdir. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin rolu həlledici olmuşdur.

1970-ci illərin ortalarından etibarən SSRİ-nin ictimai-siyasi sistemində "vahid sovet xalqı" modelinin tətbiqi milli dillərin arxa plana keçirilməsini sürətləndirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra mərkəzi hakimiyyətin siyasəti milli respublikalarda yerli dillərin sıxışdırılmasına, rus dilinin isə hegemon status qazanmasına xidmət edirdi. Həmin dövrdə ana dili məsələsini açıq şəkildə gündəmə gətirmək siyasi cəsarət tələb edirdi. 1930-cu illərdə belə təşəbbüslər çox zaman repressiyalarla nəticələnmiş, ziyalılar və milli kimlik tərəfdarları sürgün və təqibə məruz qalmışlar. Hətta respublikaların rəhbərləri belə bu məsələni rəsmi səviyyədə müzakirəyə çıxarmaqda aciz idilər.

Belə mürəkkəb bir siyasi zamanda Ulu Öndər Heydər Əliyevin ana dili ilə bağlı qətiyyətli mövqeyi və ardıcıl siyasəti milli mənəviyyatın qorunmasında dönüş nöqtəsi oldu. O, sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, ana dilini yalnız mədəni dəyər kimi deyil, siyasi atribut kimi də müdafiə edirdi. Dövlət dili statusunun verilməsi uğrunda apardığı mübarizə, ictimaiyyətin, ziyalıların və gənc nəslin milli dil ətrafında səfərbər edilməsinə yönəlmiş strateji addımlar Azərbaycanın gələcək müstəqillik dövründə dil siyasətinin əsaslarını qoydu.

Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına respublikamızda Azərbaycan dilinin dövlət dili olması ilə bağlı müddəanın daxil edilməsi o dövr üçün tarixi və siyasi cəsarətli addım idi. Bu, sovet məkanında nadir hallardan biri olaraq milli dilin hüquqi status alması demək idi. Ulu Öndər Konstitusiya müzakirələri zamanı milli dil məsələsinin yalnız mədəni deyil, həm də hüquqi və siyasi məsələ olduğunu açıq şəkildə bəyan etdi. Beləliklə, Azərbaycan dili ilk dəfə rəsmi olaraq dövlət dili statusu aldı.

Müstəqillik əldə edildikdən sonra ana dilinin inkişafı və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başladı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə ana dilimizin adı "Azərbaycan dili" olaraq təsdiqləndi. Konstitusiyanın 21-ci maddəsində bu ifadənin yer alması milli iradənin və ümumxalq dəstəyinin təzahürü idi. Heydər Əliyevin bu təşəbbüsü Azərbaycanın milli ideoloji xəttində dil məsələsinin prioritet olduğunu bir daha təsdiqlədi.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı isə müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoydu. Bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətin başlanğıcı oldu. Fərman həmçinin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyünü təmin etdi. Bu sənəd yalnız texniki sənəd deyildi, həmçinin milli ideologiyanın konkret hüquqi ifadəsi idi.

Qloballaşma şəraitində milli kimliyin qorunması və dövlət müstəqilliyinin ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından dil siyasəti hər bir ölkənin milli təhlükəsizliyi səviyyəsində strateji məsələ kimi çıxış edir. Azərbaycan xalqının milli-mənəvi varlığını formalaşdıran başlıca amillərdən biri olan ana dilinin qorunması və inkişaf etdirilməsi ölkəmizdə uzun illərdir ardıcıl və sistemli dövlət siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması da bunun təzahürüdür. Bu qərar yalnız simvolik bayram xarakteri daşımır, dilin milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi tanınmasına da xidmət edir. Ana dilinə ictimai-siyasi və hüquqi status qazandırılması, onunla bağlı maarifləndirmə və təşviqat tədbirlərinin təşkili istiqamətində bu fərman tarixi mərhələ təşkil edir.

Ulu Öndər bu təşəbbüsü ilə bir daha sübut etmişdir ki, müasir dünyada xalqın dilini qorumaq - onun varlığını qorumaq deməkdir.

2002-ci il sentyabrın 30-da qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun ana dilimizin hüquqi statusunun konkret və birmənalı şəkildə təsbit olunmasında mühüm mərhələ oldu. Bu qanunun qəbul edilməsindən sonra Azərbaycan dilinin qorunması, inkişafı və həqiqətən dövlət dilinə çevrilməsi prosesi siyasi mübarizə, ideoloji istiqamət və dövlətçilik uğrunda aparılan ardıcıl strategiya oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev ana dilinin qorunması və inkişafı istiqamətində sistemli, mərhələli və çoxşaxəli siyasət həyata keçirir. Bu siyasət sadəcə dilin texniki istifadəsini deyil, onun qloballaşma dövrünün çağırışlarına uyğun inkişafını hədəfləyir.

2004-cü il yanvarın 12-də imzalanan "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"  sərəncam müasir yazı sisteminə tam keçidi təmin etməklə milli dilin texnoloji və ideoloji modernizasiyasını reallaşdırdı. 2004-cü və 2007-ci illərdə "Azərbaycan Milli Ensiklopediyasının nəşri" və "Dünya ədəbiyyatının Azərbaycan dilində nəşri" haqqında sərəncamlar da ana dilində elmi və mədəni irsin yayımını strateji vəzifəyə çevirdi.  2013-cü il 9 aprel tarixli  "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı" isə dilin texnoloji və akademik müstəvilərdə adaptasiyasını təmin etməyə yönəlməsinə şərait yaratdı. Bunlardan əlavə, 2018-ci il 17 iyul tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı" sərəncam rəqəmsal transformasiya prosesində ana dilinin mövqeyini möhkəmləndirdi. 2018-ci il 1 noyabr tarixli "Dövlət dilindən istifadənin təkmilləşdirilməsi və dilin saflığının qorunması" haqqında fərman isə dilin semantik və üslubi bütövlüyünü qorudu. Bu fərmanla həmçinin Monitorinq Mərkəzi yaradıldı, icra nəzarəti institusional səviyyədə təşkil edildi.

Dil siyasəti sahəsində həyata keçirilən bu kompleks tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan dilinin qorunması - Azərbaycan dövlətinin qorunmasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".

Azərbaycan dili bu gün yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli ideologiyanın, ictimai həmrəyliyin, dövlətin rəsmi simasının daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin dil siyasətindəki uzaqgörənliyi və Prezident İlham Əliyevin həmin xətti müasir dövrün çağırışlarına uyğun inkişaf etdirməsi dövlətimizin dilə yalnız mədəni sərvət kimi deyil, strateji prioritet kimi də yanaşdığını sübut edir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sadəcə bir təqvim günü deyil, milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlət müstəqilliyimizin ideoloji dayaqlarından biri olan ana dilinə ehtiramın rəsmi təcəssümüdür. Bu gün həm də keçmişin mirası ilə gələcəyin məsuliyyətini birləşdirən milli yaddaş platformasıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hüquqi və siyasi status qazanan Azərbaycan dili Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir texnoloji və qlobal çağırışlara cavab verəcək səviyyəyə yüksəlmiş, tətbiq dairəsi genişlənmişdir.

Qloballaşmanın dil və kimlik üzərindəki təzyiqlərinin artdığı bir zamanda Azərbaycan dövləti ana dilini qorumağı və təşviq etməyi milli təhlükəsizlik və dövlətçilik strategiyasının mühüm tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Avqustun 1-də keçirilən tədbirlər və bu günün ideoloji məzmunu bizə xatırladır ki, dilini qoruyan millət gələcəyini qoruyur.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!