Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı növbəti mətbuat konfransı
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə seçkilərlə bağlı "Seçkilər” İnformasiya Mərkəzində növbəti mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov çıxış edərək 5573 məntəqənin hamısında səsvermənin vaxtında - səhər saat 8-də başladığını və axşam saat 19-da başa çatdığını bildirib. Qeyd edib ki, ölkə üzrə ümumi seçici fəallığı hava şəraitinin pis olmasına baxmayaraq, 47,81 faiz olub. Yəni, 5 milyon 329 min 460 seçicidən 2 milyon 547 min 982-si səsvermədə iştirak edib.
MSK sədri deyib: "Parlament seçkilərində 276 qadın namizəd iştirak edib. Onların hamısı cəmiyyətdə sayılıb-seçilən qadınlar olub. Seçki marafonuna 1038 kişi namizəd qatılmışdı. Bu nisbət ötən seçkilərlə müqayisədə 5-6 faiz çoxdur. Əsas göstəricilərdən biri də namizədlərin yaş həddi ilə bağlıdır. Namizədlər arasında gənclərin mütləq əksəriyyəti xarici ölkələrdə təhsil almış şəxslərdir”.
Məcburi köçkünlərin seçkilərdə konstitusion hüquqlarından istifadə etmələrinə çalışdıqlarını vurğulayan MSK sədri bildirib ki, 1314 deputatlığa namizəddən 246 nəfəri partiyaların siyahıları ilə irəli sürülüb. Seçkilər dövründə MSK-ya cəmi 47 müraciət olub. Bu müraciətlərin yalnız 25-i qeydiyyatla bağlıdır. Seçkilərdə qeydiyyat mərhələsində elə bir gərginlik hiss olunmayıb.
Məzahir Pənahov qeyd edib ki, MSK təşviqat mərhələsində sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətə alınmaması qərarına gəlib: "Beynəlxalq təşkilatlar da bunu xüsusi vurğulayıblar. Sosial şəbəkələrdə fəallıq seçkilərdə də xüsusi fəallığa səbəb olub. Bu praktikadan gələcəkdə də istifadə edilməlidir”.
Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülərin ciddi araşdırılacağını vurğulayan M.Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: "Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinin üzərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də vətəndaşlar əllərində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.
Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları da ciddi surətdə cəzalandırılacaq. MSK sədrinin sözlərinə görə, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: "Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Biz seçki ilə bağlı müraciətləri KİV-in, ictimaiyyətin iştirakı ilə araşdıracağıq. Hər kəs imkanları daxilində proseslərə yardımçı olmalıdır”.
Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləri idi.
Sədr bildirib ki, parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb.
MSK-nın "Qaynar xətt”inə 261 müraciətin daxil olduğunu vurğulayan M.Pənahov bildirib ki, bu müraciətlər də araşdırılacaq.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!