23 Fevral 2022 23:51
1016
CƏMİYYƏT
A- A+
“Mənim atam qəhrəmandır” layihəsinin iştirakçıları Şahdağ Turizm Mərkəzində

“Mənim atam qəhrəmandır” layihəsinin iştirakçıları Şahdağ Turizm Mərkəzində

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir Qusardakı Şahdağ Turizm Mərkəzində təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə həyata keçirilən belə tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalqımızın diqqət mərkəzində olduqlarını daim hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən start götürüb. Ekskursiya avtobuslarında Bakı şəhərini dolaşan şəhidlərin övladları “Zəfər marşı”nı ifa edərək tədbirə qatılıblar. Uşaqlar tədbirdə öz atalarının və digər şəhidlərimizin rəsmləri həkk olunmuş geyimlərdə iştirak edib.

Bundan sonra avtobuslar Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzinə üz tutub. İki gün ərzində davam edən tədbirdə Qusar rayonundan, həm də Bakı şəhərindən gələn şəhid övladları səmərəli vaxt keçirərək xizək sürüb, müxtəlif əyləncə attraksionlarından istifadə ediblər.

Turizm Mərkəzindəki tədbirin rəsmi hissəsində müzəffər ordumuzun şəhid qəhrəmanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbəmizdən danışılıb. Bildirilib ki, qəhrəman şəhidlərimizin ailələri daim diqqət və qayğı ilə əhatə olunub.

Daha sonra Vətən müharibəsində öz səsi ilə hər kəsi valeh edən və düşmənlə mübarizədə şəhid olan Xudayar Yusifzadənin anası Radə xanımla şəhid övladlarının birlikdə çəkildikləri videoçarx nümayiş etdirilib. Videoçarxda şəhid övladları şəhid anası ilə birlikdə Xudayar Yusifzadənin səngərdə səsləndirdiyi “Xudayar” təsnifini ifa edirdilər.

Tədbirin bədii hissəsində muğam müsabiqəsinin qalibi Zabitə Alıyeva, “Mery Band” qrupu, gənc müğənnilər Murad Azərili və Nihad Orucov şəhid övladları ilə birlikdə mahnılar ifa edib, onlarla hisslərini bölüşüblər.

Tədbirin sonunda qəhrəman övladlarına hədiyyələr təqdim olunub.

“Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri Bakının bir çox görkəmli yerlərində, tarixi məkanlarında, həmçinin Şuşa şəhərində təşkil olunub. Silsilə tədbirlərə Azərbaycanın bir sıra tanınmış incəsənət xadimləri, o cümlədən Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya Ayxan, Sevda Ələkbərzadə, Natiq Şirinov, Təranə Muradova qatılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib  

12:45
13 Oktyabr

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

12:41
13 Oktyabr

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib  

12:24
13 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

12:22
13 Oktyabr

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

12:21
13 Oktyabr

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir  

12:20
13 Oktyabr

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir  

12:19
13 Oktyabr

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

12:18
13 Oktyabr

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək  

12:06
13 Oktyabr

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik  

12:05
13 Oktyabr

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar  

12:03
13 Oktyabr

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK  

12:02
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

12:01
13 Oktyabr

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

12:00
13 Oktyabr

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

11:59
13 Oktyabr

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir 

11:57
13 Oktyabr

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

11:52
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

11:51
13 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb  

11:50
13 Oktyabr

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib  

11:48
13 Oktyabr

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb  

11:46
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!