17 Oktyabr 2023 10:00
875
SİYASƏT
A- A+
Məğrur qayıdış

Məğrur qayıdış

 

İlin sonunadək 5300 keçmiş məcburi köçkünün yurd həsrətinə və nisgilinə son qoyulacaq

 

Otuz il ərzində dağıdılıb viran qoyulan, xarabazarlığa çevrilən yurdlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz sayəsində artıq əzəli sahiblərinə qovuşur. Böyük Zəfərimizdən qısa zaman keçməsinə baxmayaraq, düşmən tapdağından azad edilən torpaqlarımızda sürətlə bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər yenidən qurulur, həyat yenidən qaynayır. 
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsaitin ayrılması isə Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. 
Keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın və Füzuliyə məcburi köçkünlərin bəzilərinin qayıdışı təmin olunub və bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 
Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçın şəhərinə daha 25 ailə - 96 nəfər yola salınıb. Köçürülən ailələr Laçın şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 1052 nəfər olmaqla, 272 ailənin daimi məskunlaşması təmin edilib.
Böyük qayıdış çərçivəsində indiyədək 133 ailə (649 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 272 ailə (1052 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 20 ailə (88 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. 
Qeyd etmək lazımdır ki, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin məskunlaşması nəzərdə tutulur.
Ötən 3 il suverenliyimizin bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə yadda qalıb. 
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi münasibətilə Bakıda "Gülüstan" sarayında keçirilən konfransda çıxışı zamanı bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi idi: "Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi".
Samir Nuriyev diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir: "Məhz onun ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi. Ümumilikdə, 2021-2023-cü illərdə 105 layihənin təməli qoyulub, onlardan 63-ü müxtəlif təyinatlı obyektlərdir ki, açılışı baş tutub. Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərə 2717 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. İlin sonuna kimi isə 5300 şəxsin qayıdışı nəzərdə tutulub".
Böyük qayıdış sürətlə davam edir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına köçür, bu yerlərdə həyat yenidən öz axarına qayıdır. Otuz il öncə ah-nalə ilə torpaqlarından zorla didərgin salınan soydaşlarımız fərəh və qürurla ömürlərinin yeni səhifəsinə başlayırlar.
Görülən uğurlu işlərin və ölkə başçısına olan inamın nəticəsidir ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə, soydaşlarımızın əksəriyyəti əzəli yurdlarına geri qayıtmaq arzusundadır. Hətta azad olunmuş ərazilərə qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb.
Xalqımızın bu sevincinin, qürurunun və güvəninin səbəbkarı isə Müzəffər Ali Baş Komandanın iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaətidir. Bu gün dövlət başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə və əmin-amanlığa nail olunması uğrunda çalışır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!