20 Aprel 2024 08:20
266
SİYASƏT
A- A+

Makron hökumətinin sərsəm qərarlarının nəticəsi

 

Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün gedişləri edir

 

Fransa aprelin 16-da Azərbaycandakı səfirini geri çağırıb. Məlumata görə, Ann Buayon məsləhətləşmələr aparmaq məqsədilə Parisə çağırılıb. Elə həmin gün səfiri qəbul edən Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın hərəkətləri ilə bağlı narahatlığını ifadə edib və Azərbaycanla Ermənistan arasındakı münasibətlə əlaqədar "sülhpərvər" fikirlərini bildirib.
Son faktlar da göstərir ki, Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün gedişləri edir. Görünən isə odur ki, Makron hakimiyyətinin xarici siyasəti bu ölkəni daha da uçuruma aparır. Hər dəfə məğlubiyyətə uğrayan Makron isə yeni yollar axtarışına çıxır. 
Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, bu ölkənin Azərbaycana qarşı riyakar və qərəzli münasibəti Makron hökuməti üçün sanki vərdişə çevrilib. Azərbaycan beynəlxalq prinsiplərə sadiqliyini nümayiş etdirərək Fransaya qarşı xoşməramlı davranış göstərsə də, bunun daha da əksini görür. 
Deputat bildirib ki, Fransa son aylardakı bütün addımları ilə ermənipərəsət mövqeyini daha qabarıq göstərir, həm də dövlət etikasını, diplomatik-siyasi əxlaq normalarını tapdalamaqla məşğuldur. 
A.Hüseynovun fikrincə, bu addım diplomatiya tarixində Parisin növbəti rüsvayçılığı və Makron hökumətinin sərsəm siyasi qərarlarının nəticəsidir:  "Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən Makron bu addımı ilə iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsinə rəvac verir. Fransanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli dərəcədə zəiflədib. Parisin xarici siyasət strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqlardan kənara çıxır, xüsusilə də Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlmiş səyləri darmadağın edir".
Deputat qeyd edib ki, bu, Fransanın müasir neofaşizm simasını nümayiş etdirir. 
Makron hökuməti ölkənin xarici siyasətini iflasa aparır. Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsinin aşkarlanması Fransa xarici siyasətinin son 50 ildəki ən böyük iflası və biabırçılığı oldu. Bu, rəsmi Parisin Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. 
A.Hüseynov vurğulayıb ki, bütün bunlar Fransanın təkcə Cənubi Qafqazda deyil, Afrikada da siyasətinə təsir edəcək. "Ehtimal etmək olar ki, ifşa olunmuş şəbəkə ilə bağlı yeni faktlar üzə çıxacaq və bu faktlar Makron üçün də yeni sürprizlər yaradacaq. Bu, həm də  Fransa xarici siyasətinin enişi və fiaskosudur", - deyə o əlavə edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video