Litvalı rejissor Arunas Matelisin filmi Bakıda təqdim edilib
Oktyabrın 9-da Nizami Kino Mərkəzində litvalı rejissor Arunas Matelisin ekranlaşdırdığı "Möhtəşəm uğursuzlar: Fərqli dünyalar” (Wonderful losers: A different world) filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Kann film festivalında nümayiş olunan ekran əsərinin Bakıda təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Filmin təqdimatından əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxış edərək ölkəmizdə belə ekran əsərlərinin təqdimatını yüksək qiymətləndirib. Ekran əsərinin bir sıra festivallarda, o cümlədən Kann film festivalında maraqla izlənildiyini deyən xalq artisti filmin ölkəmizdə kinosevərlərə təqdim edilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Şəfiqə Məmmədova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin quruma üzv ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi 9-cu Avropa Film Festivalına gələn Arunas Matelisin ölkəmizdə olmasından və belə bir ekran əsərinin Bakının ən aparıcı kino mərkəzlərindən birində nümayişindən məmnunluğunu ifadə edib və rejissora yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Hər kəsi salamlayan A.Matelis deyib: "Mənə bir rejissor kimi film barədə danışmaq çox çətindir. Ekran əsərinə tamaşaçılar qiymət verəcək. 8 il ərzində çəkilən bu film artıq "Oskar”a təqdim olunub. Uşaqlıqdan velosipedçi olmaq istəyirdim, çəkilişlərdə hər şeyin şahidi oldum. Bu filmi araşdırmağa başlayanda gördük ki, mövzuya sonuncu dəfə 1973-cü ildə toxunulub. Biz 5-8 il ərzində filmi çəkmək üçün razılaşmalar apardıq. Bu film velosport barədədir. Yarışlarda iştirak edən 95 faiz idmançı öz həyatını digər insanlara - qalib olanlara qurban verir. Biz İtaliyada film çəkilişlərinə razılıq əldə etmək üçün icazə aldıq. Bu barədə bütün media yazdı. Bu film qaliblər barədə deyil, əksinə, onlara kömək göstərən insanlar haqqındadır”.
Son 3 il ərzində yeni nəsil rejissorların formalaşdığını söyləyən litvalı kinorejissor deyib ki, daha çox klassiklərin tərəfdarıdır. "Yeni nəsil litvalı rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda iştirak edir. Bu film də Litvaya aiddir. Ekran əsəri beynəlxalq festivala hazırlandığı üçün subtitrlər ingilis dilindədir. 2017-ci ildə ekranlaşdırılan film Litva, Belarus, Estoniya, İtaliya və Polşada müxtəlif beynəlxalq festivalların laureatı olub”,- deyə rejissor vurğulayıb.
Sonra kinosevərlər ekran əsərinə baxıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!