22 May 2025 08:05
404
CƏMİYYƏT
A- A+
Konstitusiya və İnsan Hüquqları: GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında müzakirə edilən mövzular

Konstitusiya və İnsan Hüquqları: GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında müzakirə edilən mövzular


Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə keçirilən Plenar iclasın növbəti sessiyası ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması fonunda "Konstitusion və insan hüquqlarını qorumaqla korrupsiyaya qarşı hüquq-mühafizə fəaliyyətində texnoloji imkanların səmərəli istifadəsi" mövzusuna həsr olunub.

ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovun rəhbərliyi ilə keçirilən sessiyada Baş Prokurorluğun nümayəndəsi Tuqay Rəhimli "Konstitusiya və insan hüquqlarının pozulma risklərinin qarşısını almaqda texnoloji vasitələrin rolu" mövzusunda çıxış edib.

Bununla yanaşı, Milli Aviasiya Akademiyasının eksperti Murad Orucov, eləcə də Papua Yeni Qvineya və Uqandanın nümayəndələri də mövzü üzrə öz baxışlarını təqdim ediblər.

Sessiya çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində texnoloji yeniliklərin, o cümlədən süni intellektlə bağlı olan texnologiyaların tətbiqi müzakirə edilərək bildirilib ki, bu texnologiyaların tətbiqi ilə çoxsaylı üstünlüklər əldə etmək mümkün olsa da, onlarla insan hüquqlarının pozulması riski də yüksəkdir. Bu səbəbdən sessiyada vurğulanıb ki, konstitusiyalar insan hüquqlarının əsas təminatçısı olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində texnologiyaların tətbiqi ilə insan hüquqlarının qorunmasını balanslaşdırmağa imkan yaradır.

Bundan başqa, tədbirdə süni intellekt və data analizi də daxil olmaqla qabaqcıl texnologiyaların hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiqinin artan önəmi qeyd edilib. Vurğulanıb ki, korrupsiya cinayətləri törədən şəxslərin istifadə etdiyi sxem və mexanizmlər təkmilləşdikcə onlarla mübarizəni effektiv aparmaq üçün bu texnologiyalardan istifadə olunmalıdır. Əks halda, korrupsiyaya qarşı mübarizəni aparan dövlət orqanları korrupsiya cinayətləri törədənlərə münasibətdə hazırlıqsız olacaqlar.

Qeyd olunanlarla yanaşı, sessiyada konstitusiyanın ali hüquqi sənəd olmaqla qanunun aliliyini təmin etməsi vurğulanmaqla bu sənəddə təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ədalətli məhkəmə araşdırması hüquqları, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan olunması müddəalarının insan hüquqlarına olan istənilən müdaxilələr üçün meyarlar müəyyən etməklə sui-istifadələrin qarşısını alması və insanlara texnoloji yeniliklərdən istifadə edilməklə tətbiq edilən müdaxilələrə qarşı öz hüquqlarını müdafiə etmək və müdaxilələri məhkəmə qaydasında mübahisələndirmək imkanı yaratması qeyd olunub.


 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

Miroslav Layçak: BMT bu günün və sabahın çağırışlarına uyğunlaşdırılmalıdır  

18:54
12 Mart

Srgjan Kerim: BMT-də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir  

18:52
12 Mart

Rusiya səfiri İrana humanitar yardımın tranzitinə görə Azərbaycana təşəkkür edib 

18:51
12 Mart

Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb  

18:49
12 Mart

Milli Məclis komitələrinin birgə iclasında 4 qanun layihəsi plenar iclasa tövsiyə edilib  

18:39
12 Mart

İranın yeni Ali Rəhbəri xalqa ilk müraciətini etdi  

18:32
12 Mart

“Könüllü Baharı 2” yekunlaşıb  

18:28
12 Mart

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!