Kiyevdən Bakıya qələbə ilə
Azərbaycan jurnalistləri Ukraynada bir sıra maraqlı görüşlər keçiriblər
Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olunmaqdadıq.
Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən, Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq ölkə hüdudlarından kənarda da silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri iyulun 26-29-da Ukraynada baş tutub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bir qrup idman jurnalisti Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və “AAAF Park”ın təşkilati dəstəyi ilə paytaxt Kiyevdə olub.
İyulun 27-də jurnalistlər Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Azərbaycanın Ukraynadakı səfirliyində jurnalistlərlə görüş keçirilib. Səfirliyin müşaviri Vüsal Süleymanov jurnalistlərlə görüşdən məmnunluq ifadə edib və Ukraynanın bütün bölgələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib.
Tədbirdə iştirak edən əfsanəvi futbolçu İvan Yaremçuk SSRİ dövründə əlaqələrin sıx olduğunu deyib və “Neftçi”nin oyunlarını xatırladıb. O, veteranlardan ibarət komandanın Bakıya səfər etdiyini və digər şəhərlərdə görüşlər keçirdiklərini söyləyib.
Daha sonra jurnalistlər Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, veteran güləşçi Oleq Krapivinin rəhbərlik etdiyi “Bakineç” güləş məktəbində olublar. Görüşdə güləş məktəbində daha çox azərbaycanlıların məşq etdiyini deyən O.Krapivin burada uşaqların məşqi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
İyulun 28-də isə idman jurnalistlərimiz ukraynalı həmkarları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər. “Hidropark” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma azərbaycanlı jurnalistlərin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev “Dinamo”sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib.
Jurnalistlərdən ibarət komandada çıxış edən “Azərbaycan” qəzetinin əməkdaşı Elçin Cəfərov bildirdi ki, səfər hər iki ölkə jurnalistlərinin bir-birilərini yaxından tanıması baxımından əhəmiyyət kəsb edir: “Qonaqpərvərliyə görə ukraynalı həmkarlarımıza təşəkkür edirik. Qarşılaşmaya gəlincə isə tamaşaçılar maraqlı mübarizənin şahidi oldular. Bizim üçün yadda qalanı isə Ukrayna futbolunun canlı əfasənəsi İvan Yaremçukun bizə qarşı oynaması oldu. Yekun hesabda qalib gəlsək də, dostluq qazandı. Göstərilən diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürümüzü bildiririk “.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!