23 İyun 2026 08:50
182
İQTİSADİYYAT
A- A+
Kəndlinin çörəyi öz əlindədir

Kəndlinin çörəyi öz əlindədir


Dünyada təbii ehtiyatların tükəndiyi bir vaxtda əhalinin ərzaq təhlükəsizliyi məsələsi özünü daha kəskin göstərir. Belə bir vaxtda daxili bazarın idxaldan asılılığının aradan qaldırılması üçün dövlət yerli istehsalın inkişafını önə çəkir. 

Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məslələrinə həsr olunmuş müşavirənin keçirilməsi, eləcə də "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi bir daha onu göstərir ki, ölkədə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda regionlarda həmin proqramın icrası istiqamətində müvafiq tədbirlər görülməsi üçün planlar, layihələr hazırlanır, müşavirədə səsləndirilən məsələlərin və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bütün qüvvələr səfərbərliyə alınır.

Ağstafa rayonunun iqtisadiyyatını əsasən aqrar sahə təşkil edir. Rayon fermerləri yaxşı bilirlər ki, etibarlı ərzaq təminatı ölkədə iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərtidir. Bu baxımdan kənd təsərrüfatı məhsulları istehsalının artırılması rayonda strateji hədəf kimi diqqətdə saxlanılır. 

Kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olmaq üçün  rayonda müxtəlif tədbirlər həyata keçirilir. Mövcud əkin sahələrindən səmərəli istifadə olunması, torpağın əkilib becərilməsində qabaqcıl texnologiyalara üstünlük verilməsi diqqətdə saxlanılır. Bunların sayəsində taxılçılıqda müsbət irəliləyişlər müşahidə edilir. Cari mövsüm 8187,2 hektarda taxıl səpini aparılmışdır ki, onun da 4812,3 hektarı buğda, 3374,9 hektarı arpadır. Səpinə rayonda fəaliyyət göstərən "Aqroservis"in və ayrı-ayrı fermerlərin şəxsi texnikaları cəlb edilmişdir. Qısa vaxt ərzində 10 hektara yaxın sahənin arpası biçilmişdir. Hər hektardan 27 sentner məhsul götürülmüşdür. Həmişə olduğu kimi, cari ildə də Göycəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən və Qıraq Kəsəmən kəndlərində fəaliyyət göstərən fermerlər fərqlənmişlər.

Rayonda kənd təsərrüfatının digər sahələri üzrə göstəricilər də pis deyil. Hazırda 1619,3 hektar meyvə bağında becərmə işləri aparılır. Bağlara üzvi və mineral gübrələr verildikdən sonra ağacların dibinin yumşaldılmasına və budama işlərinə başlanılmışdır. Onu da qeyd edək ki, rayonda intensiv bağların salınmasına diqqət xeyli artmışdır. Bu hesaba Kolxəlifəli kəndində 55, Aşağı Göycəlidə 6, Zəlimxanda 1,49 hektar intensiv fındıq bağı salınmışdır. Hazırda bağlarda ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür.

Rayonun üzüm bağlarında da qızğın iş gedir. 508 hektar bağda şumlama aparılmaqla cərgə aralarında təmir-bərpa işləri aparılır. Keçən il hər hektardan 153 sentner üzüm götürən bağbanlar bu il daha çox məhsul gözləyirlər.

Fermerlər söhbət zamanı onu da bildirdilər ki, havaların əlverişsiz keçməsi kənd təsərrüfatına ziyansız ötüşməyib. Tez-tez yağışların yağması, dolu düşməsi məhsuldarlığı xeyli azaldıb. Odur ki, fermerlər çalışırlar ki, əldə qalan məhsulu vaxtında və itkisiz toplasınlar.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

14:18
23 İyun

Devlet Bahçeli Avropa Parlamentini tənqid edib: Türkiyə xarici aktorların istəyi ilə hərəkət etmir  

14:17
23 İyun

Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək

14:12
23 İyun

Azərbaycan Ordusu - güclü və modern hərbi güc

14:10
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar  

14:07
23 İyun

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur

13:57
23 İyun

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq

13:53
23 İyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

13:53
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar  

13:49
23 İyun

İcra başçısı: Əlicançay və Əyriçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq  

13:47
23 İyun

ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək  

13:44
23 İyun

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

13:42
23 İyun

Prezidentin köməkçisi: Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil  

13:34
23 İyun

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

13:31
23 İyun

İran XİN: Tehranın raket proqramı və AEBA-nın nüvə obyektlərini yoxlaması İsveçrədəki danışıqlarda müzakirə edilməyib

13:29
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar  

13:26
23 İyun

Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının illik toplantısında iştirak edir  

13:21
23 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:13
23 İyun

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir  

13:08
23 İyun

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür  

13:01
23 İyun

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

12:55
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!