23 Aprel 2024 22:39
183
CƏMİYYƏT
A- A+

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

 

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən əkin və toxum subsidiyası, dəymiş zərərin ödənilməsi, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədin alınmasında çətinliklər, dövlət güzəşti ilə kənd təsərrüfatı texnikasının alınmasına kömək və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı, əkinlərin sığortalanması prosesinin gedişi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra nazir müavini rayonun Qalacıq kəndində "Qalagro" şirkətinin 160 hektar sahədə saldığı intensiv və superintensiv bağa baş çəkib, məhsul yığımı, qablaşdırılması, saxlanması və ixracı prosesi ilə maraqlanıb.

İlhamə Qədimova, həmçinin Qusar rayonunda yeni fəaliyyətə başlayan tingçilik təsərrüfatı ilə tanış olub, fermerlərlə təsərrüfatın fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video