“Kəlbəcər”in adını İlham Əliyev təklif edib
Yeni tanker tezliklə dünyanın hövzələrində fəaliyyətə başlayacaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tankerlərinin sırasına “Kəlbəcər” də qoşuldu. “Prezident Heydər Əliyev”, “Şuşa”, “Laçın” adlı tankerlərimiz də var. Yeni tanker isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Kəlbəcər” adlandırılıb. Bu nəhəng neftdaşıyan gəmilərimiz həmin adları qürur və şərəflə daşıyırlar.
Əvvəla xatırladaq ki, tanker xam neftin və ya emaldan keçmiş neft məhsullarının daşınmasında istifadə olunan gəmi növüdür. Tankerlər xarici görünüşünə görə bəlkə də digər, məsələn, yeyinti məhsulları daşıyan gəmilərə bənzəyirlər. Lakin bu, yalnız ilk baxışdan belədir. Çünki neft daşıyan gəmilər daxili tərtibat və quruluşları ilə tamamilə fərqlidirlər. Bir tarixi faktı da qeyd edək: dünyada ilk neft tankeri məhz Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdikləri “Zərdüşt” gəmisi dünyanın ilk neft tankeri hesab olunur.
Neft diyarı olan, qlobal neft və ixrac layihələri həyata keçirən ölkəmizdə tanker təsərrüfatının genişləndirilməsi, günün tələbləri baxımından daha da zənginləşdirilməsi qanunauyğun haldır. Məlum olduğu kimi, Prezident İlham Əliyev cari il sentyabrın 10-da daha bir tankerin - Bakı Gəmiqayırma Zavodunda “Kəlbəcər”in istismara verilməsi mərasimində iştirak edib. Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə zavodda 2 il əvvəl başlanmışdı.
Son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində də geniş islahatlar və irimiqyaslı layihələr həyata keçirilir. Bu tədbirlər nəticəsində həmin sahənin önəmli qollarından olan gəmiçilikdə də müsbət nəticələr qazanılıb. Həm də bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı Gəmiqayırma Zavodunda gəmilərin istehsalı, o cümlədən “Kəlbəcər” neftdaşıyan tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür. Bu həmçinin gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə əks etdirir. Bütün bunlar Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etməsini və əlbəttə, ölkənin iqtisadi qüdrətini göstərir.
“Kəlbəcər” neftdaşıyan tankerinin inşası da məhz yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illər ərzində 18 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.
“Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16,9 metrdir, daimi heyəti isə 15 nəfərdən ibarətdir. Dedveyti, yəni yükgötürmə qabiliyyəti yüksək olan tankerdə dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqlar quraşdırılıb. Tankerin texniki göstəriciləri onun maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmasına və Xəzərdən kənara yük daşımasına imkan yaradır.
Yeni tanker Bakı Gəmiqayırma Zavodunda iki il əvvəl tikintisi başa çatan və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tipə malikdir. Xatırladaq ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.
Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8-i quru yük gəmisi və 3-ü tanker olmaqla, 11 gəmi üzür. Əhəmiyyətli faktlardan biri də bu gəmilərin öz yerli mütəxəssislərimiz tərəfindən idarə olunmasıdır. Qeyd edək ki, cari ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin ediləcək.
Ümumiyyətlə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə də xüsusi əhəmiyyət verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanma daha da gücləndiriləcək. Eləcə də quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmilərinin sayı artacaq.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!