İsmayıllıda regional seminar
Dünən İsmayıllı rayonunda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin texniki və elmi dəstəyi ilə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində potensialların artırılmasına dəstək” layihəsi çərçivəsində regional seminar keçirilib. "Azərbaycanda DİM-lərin icrası üçün yerli dövlət özəl fərdi şəxslər arasında əməkdaşlıq” mövzusu seminarın gündəliyində olub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov regional seminarı açaraq qeyd edib ki, seminarın təşkilatçıları, xüsusilə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, onun rəhbəri xanım Mələk Çakmak çox xeyirxah bir məqsədlə bu rayona gəlib. Burada iştirak edən fermerlər, kənd təsərrüfatı işçiləri, özəl iş sahibləri, mütəxəssislər diqqətlə öyrəndiklərini öz fəaliyyət sahələrində tətbiq etməklə uğurları artıra bilərlər. O deyib ki, kənd təsərrüfatı istehsalını artırmaq üçün zamana uyğun aqrar idarəetmə metodlarına diqqət yetirilməlidir. Kiçik torpaq sahibkarlığına son qoyub, kooperativlər, aqrokomplekslər, aqrokombinatlar yaratmaqla yeni təsərrüfatçılığa keçmək məqsədəuyğundur. Torpaq sahibləri arasında torpaq yox, ondan götürülən məhsul bölünsə daha yaxşıdır. Artıq İsmayıllıda belə nümunələr var.
Sonra tədbiri FAO-nun tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri FAO-nun nümayəndəsi Mələk Çakmak aparıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun mövcud vəziyyətə əsaslanan çıxışı seminar iştirakçıları tərəfindən yüksək səviyyədə dəyərləndirilib.
Vyana Universitetinin İnkişaf Tədqiqatları Mərkəzinin əməkdaşı Həmid El Bilali "Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyində ərzaq və kənd təsərrüfatı” mövzusunda çıxış edib. İştirakçı fermerlərə və iş adamlarına dəyərli məsləhətlər verib.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova FAO-nun iqtisadi qurumlarla əməkdaşlıq şəraitində gördüyü işlərin yüksək nəticələrindən danışıb.
Proqram, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Natəvan Aslanovanın "FAO-nun Azərbaycanda DİM-lərin tətbiqinə dəstəyi” mövzusunda çıxışı dinlənilib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Həsən Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Əhməd Əlili, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının hüquq şöbəsinin müdiri Xəqan Hümmətov və "Azza-aqro” MMC-nin şöbə müdiri Nicat Vəliməmmədov gündəlikdə olan mövzularla bağlı çıxış ediblər.
Seminar suallar cavablandırılmaqla yekunlaşıb.
Əli SƏLİMOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!