İslahatlar yeni uğurların təməlidir
Prezident İlham Əliyev 2019-cu ilin nailiyyətlərini qeyd etdi, 2020-ci ildə həyata keçiriləcək layihələrin anonsunu verdi, qarşıda duran hədəfləri müəyyənləşdirdi
"2019-cu il ölkəmizdə dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən ilin uğurlarını göstərən və gələcək hədəfləri müəyyənləşdirən Prezident İlham Əliyev dövlət strukturlarına, aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi.
Müşavirədə səsləndirilən fikirlər ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafı istiqamətindəki real durumu göstərdi. Buna əsasən deyə bilərik ki, ötən il dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə edildiyi halda, Azərbaycanda müsbət saldonun olması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir.
Prezidentin də söylədiyi kimi, iqtisadi sahədə əldə edilmiş göstəricilər və rəqəmlər artıq bir daha təsdiqləyir ki, həyata keçirilən siyasət düşünülmüş və uğurlu nəticəyə hesablanmışdır.
Ötən ilin uğurlu iqtisadi göstəriciləri:
* TANAP qaz kəməri istismara verildi;
* valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 51 milyard dollara çatdı;
* "Şimal-2” elektrik stansiyası istismara verildi;
* Sumqayıt Kimya Sənaye Parkında "SOCAR karbamid” zavodu açıldı;
* "SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu işə düşdü;
* Bakı Gəmiqayırma Zavodunda ilk tankerimiz istismara verildi;
* Pirallahı Sənaye Parkında "Diamed Co” şpris istehsalı zavodu açıldı;
* Samur çayı üzərində yeni körpü inşa edildi;
* Ağdaşda Biyan Sənaye Parkı açıldı;
* qeyri-neft ixracı 14 faiz çoxaldı;
* ümumi daxili məhsul 2,2 faiz çoxaldı;
* sənaye istehsalı 1,5 faiz artdı;
* qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəldi;
* kənd təsərrüfatı 7 faiz artdı;
* inflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz oldu;
* xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatdı;
* ixrac 19,6 milyard dollar təşkil etdi.
Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir
Sosial-iqtisadi göstəricilərə nəzər yetirdikdə 2019-cu ilin Azərbaycan üçün həqiqətən də uğurlu olduğunu deyə bilərik. Ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, 2 dəfə, yəni bir ildə iki dəfə - mart və sentyabr aylarında artdı.
Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil oldu və bu da öz növbəsində çox geniş sosial paketin reallaşmasına zəmin yaratdı. Azərbaycan tarixində bu dərəcədə böyük sosial paket bu günə qədər heç vaxt reallaşmayıb.
Prezidentin struktur, kadr islahatları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.
Cənab İlham Əliyevin dediyi kimi, islahatlar inkişafın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək.
Ötən il ölkədə sosial sahədə əldə edilən nailiyyətlərə nəzər yetirək:
Sosial sahədə əldə edilən nailiyyətlər
* Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı;
* Dünya Bankı ölkəmizi 20 ən islahatçı ölkə siyahısına daxil etdi;
* Prezidentin iki sosial paketi 4,2 milyon insanı əhatə etdi;
* 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artdı;
* Minimum əməkhaqqı 2 dəfə, pensiya 70 faiz, müavinətlər 50 faiz artdı;
* Minimum pensiya 200 manat oldu;
* 60 tibb müəssisəsi, 84 məktəb tikildi və təmir edildi;
* Ölkədə qazlaşdırma 96 faizə çatdı;
* 345 subartezian quyusu qazıldı;
* 1300 kilometr yol çəkildi;
* Ölkəyə 3 milyon 170 min xarici qonaq gəldi;
* Şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil təqdim edildi;
* Əlilliyi olan şəxslərə 600 avtomobil verildi;
* Ölkədə 98 min yeni iş yeri açıldı;
* DOST Agentliyi və Mərkəzi fəaliyyətə başladı;
* 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat birdəfəlik ödəmələr verildi;
* Ünvanlı sosial yardım artaraq 209 manata yüksəldi.
Artan nüfuz, daim möhkəmlənən beynəlxalq mövqe
Keçən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirildi. Həm siyasi, həm mədəni, həm də idman yarışlarına evsahibliyi edən Azərbaycan bununla uğurlar qazanır və ölkəyə turist axını yüksəlir. Son iki ilin statistikası da bunu təsdiqləyir.
Bu tədbirlər əlbəttə ki, cənab İlham Əliyevin uğurlu xarici diplomatiyasının Azərbaycana qazandırdığı siyasi dividendlər sayəsində reallaşır.
Ötən il Azərbaycanda keçirilən beynəlxalq toplantılar:
* Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü;
* Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü;
* Dünya dini liderlərinin II Zirvə Görüşü;
* UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası;
* V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu;
* XV Avropa Gənclər Olimpiya Festivalı;
* Bədii gimnastika üzrə dünya çempionatı.
2019-cu ildə BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçdi.
Dünya dini liderlərinin II Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana 70 ölkənin dini liderləri gəldi.
UNESKO-nun Dünya İrs Komitəsinin sessiyasında isə bir ilk yaşandı. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu günə qədər isə Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir.
Müşavirədə Prezident bildirdi ki, ötən il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər edib və bu səfərlər zamanı əlaqələrin daha da dərinləşməsi istiqamətində danışıqlar aparılıb, yeni sənədlər imzalanıb. Əlbəttə ki, bütün bunlar Azərbaycanın dünyada yüksələn nüfuzundan xəbər verir.
Bu gün Azərbaycan həm də dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. "Cənub qaz dəhlizi” isə bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Şimali Avropadan Hindistana, Çinə ən qısa yollar Azərbaycandan keçir. Bir sözlə, Azərbaycan beynəlxalq tranzit məkanı kimi də nüfuzunu getdikcə yüksəldir.
Bütün bu uğurlara nəzər yetirdikdə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!