“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi qəbul olunub
İyunun 13-də Milli Məclisin növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yeni qanun layihəsi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Sənəd 4 fəsil, 26 maddədən ibarətdir.
Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanun layihəsi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu qanun layihəsi siyasi vəzifə tutan şəxslərə şamil edilmir. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti bu qanun layihəsinin 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. Belə ki, ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim ayları üçün 80 faiz, 5-6-cı təqvim ayları üçün 70 faiz ödənilir. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Eyni zamanda, təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu qanun layihəsinin 13.6-cı maddəsində müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir.
Sığorta ödənişini alan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramının icrası barədə hesabatı şəxsən təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər.
Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası, sığorta ödənişi alan şəxslərin işə düzəlmək üçün işəgötürənlərə müraciət etmələri və aktiv tədbirlərdə iştirakı barədə məlumatların da əks olunduğu hesabatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
İşsizlikdən sığorta vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş qaydada ödənilən sığorta haqları, qanun layihəsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, bank kreditləri, qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr hesabına formalaşır.
Qanun layihəsinin tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Müzakirələrdən sonra yeni qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!