21 Oktyabr 2023 11:15
525
SİYASƏT
A- A+
İrəvanda silahlı qarşıdırma ehtimalı artır

İrəvanda silahlı qarşıdırma ehtimalı artır

 

Etirazçılar separatçıların yerləşdiyi binaya hücum ediblər

 

İrəvanda separatçılar arasında qarşıdurma gündən-günə gərginləşir. Vəziyyət o həddədir ki, separatçılar arasında gərginlik silahlı qarşıdurmaya çevrilə bilər. Böyük ehtimalla, onların yaxın günlərdə bir-birilərinə güllə atacaqları proqnozlaşdırılır. 
Dünən isə Qarabağ erməniləri oktyabrın 1-dən dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməməsinə görə etiraz aksiyası keçiriblər. Separatçı Samvel Şahramanyanın açıqlamalarından razı qalmayan etirazçılar onun qardaşı Karenin ərazidə olduğunu görüb, hücum edərək döyüblər. 
Vətəndaşlar etiraz aksiyasından sonra Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin binasına daxil olublar. Onlar Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər. Samvel Şahramanyan ermənilərdən birinə yaxınlaşaraq "indi gəlib, sənin kəlləni qoparacağam" deyib. Bundan sonra qarşıdurma baş verib. Polis müdaxilə etdikdən sonra ara sakitləşib.
Qarabağ separatçılarının liderlərindən biri, əli yüzlərlə azərbaycanlının qanına batan Samvel Babayan Hayastana qaçmağı bacarsa da, orada da yaxşı qarşılanmayıb. Ona qarşı münasibət çox pisdir. Belə ki, onu məğlubiyyətdə günahlandırırlar və hesab edirlər ki, ermənilərin Qarabağı tərk etməsində bu cinayətkar ünsürün xüsusi rolu var.
Samvel Babayanla uzun müddət bir yerdə olan bəzi hərbçilər də bu qulduru ittiham edirlər. İşğal olunan ərazilərdə şəhər və kəndlərin dağıdılmasında birbaşa rol oynayan Samvel Babayanı həm də narkotik plantasiyalarına görə ittiham edən Qarabağ erməniləri onun cəzalanmasını tələb edirlər.
Erməni hərbçi Vahan Badasyan bildirib ki, məğlubiyyətin əsasını Samvel Babayan kimi adamlar qoyub. O, öz yalanları ilə indiki nəsli manipulyasiya etməyə, aldatmağa çalışır. Amma bu cinayətkarın səyləri heç bir nəticə verməyəcək: "Bütün cinayətlərin əsasını Samvel Babayan qoyub. Samvel Babayan etdiyi vəhşiliklərə görə cəzasız qaldığını unutmasın. Onun özünə erməni deməyə haqqı yoxdur. Babayan əsl erməni kişilərini necə qarət etdiyini, əzdiyini, öldürdüyünü yadına salsın. Samvel Babayan talançı və saxtakardır. Hektarlarla narkotik plantasiyalarından milyonlarla dollar qazanıb. Bütün erməniləri narkotik aludəçisinə çevirmək niyyətindəydi. O, hakimiyyətə gəlmək istəyirdi. Niyyətinə çata bilməyəndə isə qışqırmağa başladı. Samvel Babayan bildirir ki, döyüşüb, hətta həbsxanada da yatıb. O, həbsxanaya Qarabağ uğrunda döyüşdüyünə görə deyil, Hayastan prezidentinə qarşı uğursuz sui-qəsd təşkil etdiyinə görə düşüb". 
Göründüyü kimi, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual  olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər digər ara qızışdıranların etiraz aksiyaları keçirməsi, erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir.   

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!