İrəvan Qarabağ ermənilərinin son ümidlərini də puç etdi
Mühairbədən sonrakı dövrdə sosial-iqtisadi problemlər məngənəsində boğulmaqda davam edən Ermənistanda son vaxtlar rahatsızlıq yaradan əsas məqamlardan biri də pandemiya fonunda dünyada yeni maliyyə böhranının başlaya biləcəyinə dair yayılan məlumatlardır. Qlobal maliyyə böhranının növbəti dalğasının başlanması Ermənistan üçün əsl fəlakət sayılır və hesab edilir ki, əgər bu, baş verərsə, onda ölkənin iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim ala bilməz.
Digər tərəfdən o da açıq etiraf edilir ki, böhran baş verərsə, bu, Ermənistan əhalisinin aclıq problemi yaşamasını da qaçılmaz edəcək. Çünki böhran şəraitində həm müxtəlif xarici dövlətlərdən, həm də erməni diasporundan göndərilən yardımların miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Hazırda isə həm erməni əhalisi, həm də ölkə iqtisadiyyatı xeyli dərəcədə həmin xarici yardımlardan asılıdır.
Belə bir vaxtda Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramının fəaliyyətini dayandırması İrəvandakıları çətin vəziyyətə salıb, hərçənd Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan bildirib ki, proqram dayandırılmayıb, o, sadəcə sona çatıb və vətəndaşlara bu barədə məlumat verilib. Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin onun müddəti iki dəfə uzadılıb: “İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantı üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını dəqiq deyə bilmərik”.
Onun sözlərinə görə, hazırda Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Onlara ayda 125 dolların ödənilməsini nəzərdə tutan 4 ayliq maliyyə yardımı proqramının müddəti sona çatıb.
“4r.am” saytında dərc olunan məqalədə Paşinyan iqtidarının iqtisadi siyasətinin əsl adının “vergi terroru” və ya əhalinin bütün təbəqələrinə, o cümlədən kiçik və orta biznes nümayəndələrinə, büdcədən maliyyələşən işçilərə, kəndlilərə qarşı “qəddarlıq və aqressiya” olduğunu yazıb. Bildirilir ki, indiki ağır şəraitdə hakimiyyət əhaliyə kömək göstərmək, onu müdafiə etmək əvəzinə daha çox xalqın hesabına varlanmaq barədə düşünür: “İqtidarın iqtisadi aqressiyasından müdafiə olunan yeganə təbəqə oliqarxiyadır. Oliqarxlar sadə vətəndaşlardan fərqli olaraq heç nə itirmirlər, əksinə, öz kapitallarını daha da çoxaldırlar, inhisarçı mövqelərini genişləndirirlər. Digər tərəfdən bu, əhalinin məmurlar tərəfindən sözün əsl mənasında qarət edilməsinin daha bir sübutu olmaqla bərabər, Ermənistanda iqtisadi fəlakətin daha geniş vüsət alması, iqtisadiyyatın birdəfəlik çöküşü deməkdir”.
Bütün bunların fonunda hökumətə qarşı etirazların fasiləsiz davam etməsi ölkədə xaos yaradıb. Hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin güllə hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.
Baş verənlərlə bağlı müxalifət partiyaları dəfələrlə bəyanat yayaraq polis zorakılığını pisləyib. Bildirilir ki, etiraz aksiyalarını dağıtmaq məqsədilə polis özü əvvəlcədən təxribat təşkil edir və bundan sonra hücuma keçərək qəddarlıqla aksiyaları dağıdır. Bu zaman əsl qəddarlıq nümayiş etdirilir, hətta qadınlara qarşı da zorakılıq tətbiq olunur.
Sabiq deputat Gevorq Petrosyan bildirib ki, polislər vətəndaşlara niyə güc tətbiq etdiklərini söyləmək məcburiyyətindədirlər. Çünki onların etdikləri qanunsuzluq insan hüquqlarının pozulmasıdır: “İnsanları avtomobillə sürüməyə görə Cinayət Məcəlləsində tam şəkildə cəza müəyyən edilib. Amma heç bir polis mənim sualıma cavab vermir ki, niyə vətəndaşları avtomobillə sürüyürlər? Onlar etirazçıların qarşısında dayanmaqdansa, sərhədə getsinlər. Orada türklər (Azərbaycan hərbçiləri nəzərdə tutulur - red.) bizim maşınımızdan bayrağı (qondarma qurumun bayrağı nəzərdə tutulur- red.) qoparırlar. Burada isə polislərimiz öz vətəndaşlarını incidirlər. Yaxşı olardı ki, sərhədə gedərdilər, daha burada qalıb qocaları və qadınları sürüməzdilər”.
Ermənistanda bir sıra sahələrdə vəziyyətin ağır olduğu, heç bir inkişafın baş vermədiyi hamı tərəfindən etiraf olunur. Ermənistanın bütün problemlərinin kökündə dayanan əsas səbəb isə illər ərzində işğal siyasəti yürütməsidir. Bu siyasətin nəticəsində ölkə inkişafdan geri qalıb, vətəndaşları səfil vəziyyətinə düşüb. Azərbaycan isə 44 günlük müharibədə torpaqlarını azad etməklə yanaşı, Ermənistana olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurub. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistan çətin ki, tezliklə bu zərbələrin təsirindən özünə gələ bilsin.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!