07 Mart 2026 13:37
1164
SİYASƏT
A- A+
İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

Azərbaycan Respublikasına -  Naxçıvan Muxtar Respublikasının ərazisinə İran tərəfindən pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum ölkəmizə qarşı törədilən terror aktıdır. Bu hücum Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təxribatdır.

 Mülki obyektlərin – xüsusilə də mülki vətəndaşların istifadə etdiyi infrastrukturların hədəfə alınması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və bu addım regionda gərginliyin artırılmasına xidmət edir.  Bu cür xəyanətkar əməllər nə hərbi, nə də siyasi baxımdan əsaslandırıla bilməz və dinc əhaliyə qarşı yönəlmiş təhlükəli presedentdir.

 Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyaraq baş vermiş hadisəni Azərbaycanın ərazisinə qarşı terror aktı kimi qiymətləndirib. «Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir» -deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan dövləti hər zaman qonşuluq münasibətlərinə sadiq olub, regionda sülh və sabitliyin tərəfdarı kimi çıxış edib. Hətta çətin məqamlarda belə Azərbaycan humanist mövqe nümayiş etdirərək qonşu ölkələrə dəstək göstərib. Bu baxımdan baş verən hadisə xüsusilə təəssüf doğurur və regionda etimad mühitinə ciddi zərbə vurur.

İran tərəfi baş vermiş hadisə ilə bağlı dərhal aydın və əsaslandırılmış izahat verməli, məsul şəxslər müəyyənləşdirilərək cəzalandırılmalı və Azərbaycan tərəfindən üzr istənilməlidir. Gələcəkdə belə halların təkrarlanmaması üçün konkret tədbirlər görülməlidir.

Azərbaycan heç vaxt başqa dövlətlərə qarşı təhdid siyasəti yürütməyib və ölkəmizin ərazisindən heç bir dövlətə qarşı təhlükə olmayıb. Lakin dövlətimizin suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq. Azərbaycan dövləti beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini təmin etmək və adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!