İran davranışlarında səmimi deyil
Dünyada baş verən siyasi kataklizmlər, Rusiya ilə Ukrayna, İranla İsrail arasında artan gərginlik dünya düzənində arzuolunmaz hadisələrin anonsunu verməkdədir. Hadisələrin təhlili göstərir ki, dünyanı idarə etmək iddiasında olan supergücləri köhnə qaydalar qane etmir.
Yeni dünyanın konturlarını cızanlar, yeni güc mərkəzləri formalaşdırmaq istəyənlər dövlətlərarası münasibətləri gərginləşdirərək müharibələr üçün meydanlar açırlar. Bəzi analitiklər artıq üçüncü dünya müharibəsinin başlandığını, hadisələrin sonluğunun dünyanın siyasi çoğrafiyasında ciddi dəyişikliklərlə başa çatacağını iddia edirlər.
Dünyanın belə gərgin çağında ən düzgün variant balanslaşdırılmış siyasət yürütmək, heç bir qlobal siyasi oyunların alətinə çevrilməməkdir. Təəssüf doğuran faktdır ki, artıq cənub qonşumuz İranla İsrail arasında münasibətlər gərginləşərək son həddə çatmışdır. Avropanın geosiyasi oyunlarının alətinə çevrilmiş Ermənistan isə müttəfiqi Rusiyaya diş qıcıtmaqla regionda gərginliyi artırmaqla məşğuldur. Görünən odur ki, hadisələrin gedişi region üçün yaxşı heç nə vəd etmir.
Dünya siyasətində ardıcıl prinsipial mövqeyi ilə seçilən, qonşuluq münasibətlərində sülhə, sabitliyə, qarşılıqlı anlaşmaya daim sadiq qalan Azərbaycan isə yaxın qonşuları ilə münasibətdə həmişə səmimi mövqe sərgiləyərək nümunəvi davranış göstərib. O cümlədən cənub qonşumuz İranla da həmişə normal qonşuluq münasibəti qurmağa çalışıb. Amma təəssüf ki, həmişə islam dövləti İrandan qeyri-səmimi davranış görmüşük.
Hər şeyi bir kənara qoysaq belə, islam dövləti İranın Qarabağda dini abidələrin dağıdılması və təhqir olunmasına susqunluğunu başa düşmək mümkün deyil...
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Xarici işlər nazirləri görüşdə bəhs etdiyimiz problemlər ətrafında müzakirələr aparıb, situasiyadan çıxış yolları aranıb. Görüş zamanı rəsmilər vurğulayıblar ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında bir-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir. Təəccüblü budur ki, rəsmi görüşlər zamanı Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən İran əməldə səmimiyyətini göstərmir. Nazirlərin görüşündən cəmi bir neçə gün sonra İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani yenidən sakitliyi pozub. Aprelin 16-da mətbuat konfransında deyib ki, "İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". İran səfiri işğalçı dövlətin əsgərlərinin məhvini faktiki olaraq faciə kimi təqdim edir. Bəlkə İran səfiri Ermənistan ordusunun törətdikləri vəhşiliklərdən, insanlığa yaraşmayan əməllərindən, torpaqlarımızı 30 ilə yaxın bir zaman ərzində işğal altında saxlamalarından xəbərsizdir. Bir düşünübmü ki, o əsgərlər Azərbaycan ərazisində nələr edirdilər?
Və yaxud, sabah İsrail əsgərləri işğalçılıq məqsədilə İran ərazisinə girsələr, onun ölkəsi işğalçını gül-çiçəkləmi qarşılayacaq? Görünən budur ki, İran münasibətlərində səmimi deyil. Yoxsa hər məqamda, imkan düşən kimi Azərbaycanı ittiham edən səfirinin ipini çəkər, cəzasını verərdi.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Moskvada Azərbaycan və Rusiya hökumətləri başçılarının müavinlərinin görüşü keçirilib ...
03 May
Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib
03 May
İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir...
03 May
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
03 May
Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sess...
03 May
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May
Şoyqu Ukraynanın itkiləri ilə bağlı AÇIQLAMA verdi
03 May
“Ukraynanın üzvlük məsələsi iyunda başlaya bilər” - Latviya prezidenti
03 May
Ayda su ehtiyatları tapılıb
03 May
Yüksək geomaqnit qasırğası müşahidə olunur
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!