14 May 2025 00:52
2682
ELANLAR
A- A+
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir


İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.

Sənəd qəbulu onlayn qaydada Elm və Təhsil Nazirliyinin "portal.edu.az" platforması vasitəsilə 13 may 2025-ci il tarixindən başlayaraq 2 iyun 2025-ci il saat 18:00-dək həyata keçiriləcəkdir. 

Namizədlər doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədləri elektron qaydada portala daxil etməlidirlər:

* kadrların şəxsi qeydiyyat vərəqi;

* tərcümeyi-hal;

* 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

* iş yerindən xasiyyətnamə;

* iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

* çap olunmuş elmi əsərlərin siyahısı (Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır). Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər;

* ali təhsil haqqında diplomların və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);

* şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2025-ci ilin iyun ayında "Xarici dil" fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər (Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar). "Xarici dil" fənnindən keçid balını toplayan şəxslər "Fəlsəfə" fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda "məqbul" qiymət almış şəxslər "İxtisas" fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə və ixtisas fənni üzrə imtahanlar sentyabr ayında keçiriləcəkdir.

Əlavə suallar yarandığı təqdirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun Elmi katibliyinə müraciət etmək olar.


Rəhbərlik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!