02 Avqust 2025 09:32
925
DÜNYA
A- A+
İnsan toxumalarının analizi yaşlanmaya ən həssas orqanı müəyyən edib  

İnsan toxumalarının analizi yaşlanmaya ən həssas orqanı müəyyən edib  

Elmi ədəbiyyatdan məlumdur ki, insan orqanizmində yaşlanma bərabər şəkildə baş vermir. Çin Xalq Respublikasından olan geniştərkibli genetik və tibb mütəxəssislərindən ibarət qrup bu sahəyə yeni töhfə verib. Onlar insan orqanizminin müxtəlif hissələrini olan damarlar, ürək və digər daxili orqanlardan tutmuş, dəri, əzələlər və qanadək əhatə edən 13 növ toxumadan 516 nümunə üzərində kompleks proteom və histoloji analiz aparıblar. Bu nümunələr yaşları 14-dən 68-ə qədər olan və qəzalar nəticəsində kəllə-beyin travmalarından vəfat etmiş 76 çinlidən götürülüb. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Cell” jurnalında dərc olunub.

Tədqiqatçılar hər bir nümunədəki zülal tərkibini və bu zülalların zamanla necə dəyişdiyini öyrənərək, xəstəliklərlə əlaqəli 48 zülal birləşməsinin yaş artdıqca ekspressiyasının yüksəldiyini müəyyən ediblər. İlk nəzərəçarpacaq dəyişikliklər təxminən 30 yaşında bir çox mühüm hormonları ifraz edən böyrəküstü vəzidə müşahidə olunub.

Lakin toxumalardakı zülal dəyişiklikləri ən çox 45-55 yaş aralığında nəzərə çarpıb. Alimlər bu dövrü yaşlanmanın sürətləndiyi həlledici məqam kimi qiymətləndiriblər və təqribən 50 yaşın kritik dönüş nöqtəsi olduğunu bildiriblər.

Yaşla əlaqədar aşınmaya ən həssas orqan isə qan damarları, xüsusilə də oksigenlə zənginləşdirilmiş qanı ürəkdən bədənə daşıyan əsas arteriya olan aorta olub. Paralel olaraq, zülal səviyyəsində əhəmiyyətli dəyişikliklər mədəaltı vəzidə və dalaqda da müşahidə edilib ki, bu da yəqin ki, maddələr mübadiləsi və immun funksiyaların yaşla pisləşməsi ilə əlaqəlidir.

Tədqiqatçılar həmçinin yaşlandıqca toxumalarda artan spesifik “yaşlanma zülalları” müəyyən ediblər. Aorta və qanda səviyyəsi yüksələn GAS6 zülalında əlavə təcrübələr aparılıb. İnsan damar hüceyrələri (endotel və hamar əzələ hüceyrələri) və siçanlar üzərində aparılan təcrübələr göstərib ki, GAS6-nın orqanizmə yeridilməsi sürətli yaşlanma əlamətlərinin yaranmasına səbəb olur. Alimlər belə nəticəyə gəliblər ki, qan damarları təkcə yaşla aşınmaya məruz qalmır, eyni zamanda qan dövranı vasitəsilə yaşlanma ilə əlaqəli molekulların bütün orqanizmə yayılmasında da iştirak edir.

Çinli tədqiqatçılar 50 yaşı dönüş nöqtəsi kimi müəyyən etmələrinə baxmayaraq, daha əvvəl digər alimlər yaşlanmada müxtəlif dönüş nöqtələri qeyd ediblər. Məsələn, Stanford Universitetindən olan alimlər 25–75 yaş arasında olan yüzlərlə insanın çoxölçülü profilinin nəticələrinə əsaslanaraq belə dönüş nöqtələrinin 44 və 60 yaş olduğunu qeyd ediblər. Bundan əlavə, 80 yaş ətrafında da yaşlanmanın sürətləndiyi müşahidə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!