İmran Cümşüdov: Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
Toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatı və mühafizəsi ilə məşğul olur. Dövlət Xidməti kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini, toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Bunu müsahibəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov deyib. AZƏRTAC müsahibəni təqdim edir.
- Toxumçuluq sisteminin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi istiqamətində hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində bizim də qarşımızda vəzifələr qoyulub. Bunlardan biri də kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxum məhsullarına tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu gün toxumçuluq sisteminin yenidən qurulması, həmçinin innovativ texnologiyaların tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə mühüm tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır. Bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sektoru elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdiriləcək.
Eyni zamanda, Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var. Bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Şəki və Ucar) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Ölkədə istehsal olunan və əkin üçün nəzərdə tutulan bütün növ toxumlar Toxum Sertifikatlaşdırma mərkəzlərində analiz ediləcək, keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaq. Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər. Bu hallar yolverilməzdir. Fermerlər sertifikatlı toxumlardan istifadə etməklə yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.
- Toxum Fondunun yaradılması bu sahənin inkişafına necə təsir edəcək?
- Prezidentin müvafiq Sərəncamı ilə 2015-ci il martın 2-də Dövlət Toxum Fondu yaradılıb. Fondun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında gücü saatda 5 ton olan toxumtəmizləmə qurğuları tikilir. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Təbii ki, Fondun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verəcək.
- Dövlət Sort-Sınaq məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçiriləcək?
- Dövlət Xidmətinin tabeliyində 1 kimya texnoloji laboratoriyası və 12 Dövlət Sort Sınaq məntəqələri (Zaqatala, Göyçay, İsmayıllı, Gədəbəy, Qazax, Qarabağ, Ağdam, Kürdəmir, Salyan, Lənkəran, Xaçmaz və Qusar) fəaliyyət göstərir. Dövlət Sort Sınaq məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi, dövlət reyestrində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə uyğun olaraq istifadəsinin qadağan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Xidmətinin əsas hədəfi yerli istehsal hesabına ölkəni yüksəkkeyfiyyətli sertifikatlı toxumla təmin etməkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!