İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq miqyasda təqdir olunur
Azərbaycan Prezidenti pandemiyaya qarşı mübarizəyə həm də qlobal töhfə verir
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoydu. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Son ayların təcrübəsi göstərir ki, dərhal qabaqlayıcı tədbirlər həyata keçirən, heç bir halda xəstəliyə laqeyd olmayan dövlətlərdə virusun yayılmasının qarşısı alınır və bu təhlükəli infeksiyanın daha ciddi fəsadlara yol açmasına imkan verilmir.
Virusa qarşı effektiv tədbirlər görən ölkə
Bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Bu da təsadüfi deyil. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olaraq bütün sərhədlərimiz vaxtında bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı.
Həmçinin ölkə ərazisində mart ayının 4-dən etibarən sosial izolyasiya tədbirlərinə start verildi. Sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirildi və ölkədə karantin rejimi tətbiq olundu. Bunun nəticəsidir ki, Azərbaycanda virusa yoluxmada ağır fəsadlar yaranmadı.
Reallıq göstərir ki, bir sıra Avropa ölkələrində virusun daha çox yayılmasına və insan ölümünə gətirib çıxarmasının ilk səbəbi izolyasiyanın zamanında tətbiq edilməməsi, o cümlədən insanların məhdudlaşdırıcı tədbirlərə məhəl qoymamalarıdır. ABŞ-da virusa yoluxanların sayı 1 milyon nəfərdən, vəfat edənlərin sayı isə 61 min nəfərdən çoxdur. İtaliya və İspaniyada virusa yoluxanların sayı çoxdan 200 min nəfəri, Böyük Britaniya və Fransada 165 min nəfəri ötüb. Vəfat edənlərin sayı isə hər ikisində 24 min nəfərdən artıqdır. Avropanın əhalisinin sayına görə nisbətən kiçik dövlətlərindən Belçikada koronavirusdan vəfat edənlərin sayı 7 min 500, İsveçdə 2 min 400, İsveçrədə 1700 nəfərdən artıqdır.
Göründüyü kimi, koronavirus infeksiyası Avropanın xüsusən inkişaf etmiş dövlətlərində daha ciddi fəsadlara yol açıb. Azərbaycanda isə indiyədək 1804 nəfərdə bu xəstəliyə yoluxma aşkar edilib. Onlardan böyük əksəriyyəti müalicə olunaraq sağlam həyata qayıdıb.
Hazırda ölkəmizdə müalicə olunanların və vəfat edənlərin sayı Avropanın əksər dövlətləri ilə müqayisədə dəfələrlə aşağıdır. Bu da ilk növbədə virusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir.
ÜST-ün Baş direktoru: "Azərbaycan Prezidentinin güclü səylərini görürəm”
Məhz effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Xatırladaq ki, hələ fevralın sonlarında Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının məlumatında bildirilirdi ki, Azərbaycan öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır. Məlumatda Azərbaycanın ÜST-ün yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da qeyd edilirdi.
ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda isə Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib, Azərbaycan nümunəvi ölkə kimi dəyərləndirilib. Tedros Adhanom Gebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edib.
Və ən son olaraq Tedros Adhanom Gebreyesus bu günlərdə keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb. Ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirən ÜST-ün Baş direktoru deyib: "Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”.
AYİB-nin prezidenti: "Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz”
Azərbaycan Prezidentinin koronavirusla mübarizə və yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunur. Məlum olduğu kimi, aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Videokonfransda "Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm”, deyən Suma Çakrabarti indiki şəraitdə Azərbaycandakı iqtisadi vəziyyəti də yüksək dəyərləndirib.
Reallıq ondan ibarətdir ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan bu gün dünya miqyasında müsbət mənada fərqlənən ölkələr sırasında, ən əsası, liderlərin cərgəsində yer alır. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq respublikamız inkişaf etmiş ölkələrin bacarmadıqlarını böyük müvəffəqiyyətlə reallaşdırmaqdadır. Bunun nəticəsidir ki, dövlətimiz öz vətəndaşlarını pandemiyaya kütləvi yoluxmadan layiqincə xilas edir. Beləliklə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında növbəti dəfə uğurlu nümunə göstərməkdədir. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq yaxın günlərdə respublikamızda koronavirusa birdəfəlik son qoyulacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!