İctimai qınaq zəruridir
Hörmətli redaksiya!
Neçə ildir ki, "Azərbaycan" qəzetini oxuyuram. Sizin mənəviyyatla bağlı dərc etdiyiniz yazılardakı tənqidi fikirlər məndə və çox güman ki, oxucuların əksəriyyətində rəğbət hissi doğurur. Qəzetinizin səhifələrində müxtəlif özəl telekanalların verilişləri ciddi müzakirə olunur, cəmiyyətin demək olar ki, bütün təbəqələrinin münasibəti öyrənilir və iradlar tutulur. İnsanların maariflənməsində, milli-mənəvi dəyərlərin təbliğində qəzetinizin oynadığı rol təqdirəlayiqdir. İki özəl kanalda toy şouları dayandırılıb. Bu, məni sözün əsil mənasında, sevindirib, düşünürəm ki, zəhmətiniz hədər getməyib. Bu mövzuları uzun müddət ictimai qınağa çevirməyiniz, müasir gəncliyin tərbiyəsinə bəsit teleşouların vurduğu ziyandan danışmağınız zəruri idi.
Mənim gəncliyimdə, 40-50 il əvvəl tək-tək evlərdə görünən "mavi ekranlar" bu gün bütün ailələrin ən çox danışan və dinlənilən "üzvü"nə çevrilib. Təəssüflər olsun ki, müstəqil televiziya kanallarının "Toy olsun", "Onun yarısı" kimi şouları min illik əxlaqi-mənəvi dəyərləri tapdayaraq ekrandan necə görünməyini dərk etməyən gənc oğlan və qızları toy-şoularının girovlarına çevirdi. Azərbaycan ailəsi haqqında ən müqəddəs dəyərləri ayaq altına saldı. Əksər ailələrdə evliliklə bağlı suallara yalnız başını tərpətməklə cavab verən qız və ya oğlanların canlı efirə atılıb "qismətini" axtarması nə dərəcədə doğrudur? "Yaxşı qızı öz kəndində alarlar, yaxşı oğlan da kənardan qız almaz" deyiblər bizdə. Hər gün yayımlanan evlilik proqramları əxlaqın cılızlaşmasına, insan mənliyinin dəyərdən düşməsinə aparmırdımı? Dünyanın bir çox telekanallarında daha ləyaqətlə və ciddi elmi əsaslarla təşkil edilən şouların səviyyəsiz və təhqiramiz variantının Azərbaycanın efir məkanına çıxarılması kimə lazım idi ki? Bizim övladlarımız əsrlər boyu böyüklərin xeyir-duası, ağsaqqalların izni, razılığı ilə ailə qurublar.
Mənəviyyatı formalaşdıran əsas meyar cəmiyyətin minilliklərə söykəndiyi etik əxlaqi normalardır. Mənəviyyatı zəif olan, kökündən ayrı düşən cəmiyyət təməlsiz ucalan bina kimidir. Toy şouları Azərbaycan xalqının qərinələrə söykənən, avropalılardan fərqli əxlaq modelini dəyişdirdi. İndi toyu olandan bir neçə ay sonra boşananların sayı-hesabı yoxdur. Hamı da "Sədərək" bazarına şey-şüy almağa gedənlər kimi toy-şoularına "bəxtlərini" sınamağa üz tuturlar. Ölkədə dağılan ailələrin statistikasının belə sürətlə artmasının səbəblərindən biri də toy şoularının ailə institutunu ucuz etməsi deyilmi? Mən çox narahatam ki, toy-şousuz bizim telekanallar ötüşməyəcək. Düşünürəm ki, qəzetiniz öz mövqeyində ciddi dayanmalı, belə verilişləri qınaq mənbəyinə çevirməkdə davam etməlidir. Qoy bu haqda yazıçılar danışsınlar, alimlər, ziyalılar öz sözlərini desinlər. Qoy tamaşaçı kimin nahaq, kimin haqlı olduğunu seçsin.
Mədətəli HADIYEV,
Suraxanı rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!