İctimai nəqliyyat sərnişinlərin rahatlığına və ekologiyanın qorunmasına xidmət etməlidir
Bakının nəqliyyat sistemində dəyişiklikləri görməmək və buna sevinməmək mümkün deyil. Vaxt var idi ki, dayanacaqlarda maşın maşının belinə çıxardı və azyaşlı uşaqlar yoldan ötüb keçənləri də avtobusa haraylayardılar. Mikroavtobuslar bir-birləri ilə ötüşər, sürücülər də cılız musiqiləri zilə qoyub hamını bezdirərdilər.
İndi belə şeylər demək olar ki, yoxdur. Ancaq sürücülərin tərgitə bilmədikləri pis vərdişlər hələ də qalmaqdadır. Harada əl eləsən, o saat əyləci basıb maşını səkiyə dirəyirlər. Elə olur ki, bir dayanacaqdan o birisinə çatana kimi 3 dəfə avtobusu saxlayırlar. Davranışlarını da "Maşınıma minmək istəyənin qulu, minənin isə ağasıyam!" şüarı təyin edir. Yəni, minənə kimi hörmət var, sayğı var! Vay o günə ki, salona keçəsən və qapı arxanca bağlansın. Metro yaxınlığındakı dayanacaqlarda uzun-uzadı dayanmalarına etiraz etsən, deyəcəklər ki, cədvəllə işləyirlər, qrafiki poza bilməzlər. Ancaq başa düşmək olmur ki, o necə qrafikdir ki, hər metro dayanacağında 5-10 dəqiqə də yubana bilərlər?!
Bəzi sürücülər maşını elə sürürlər ki, ayaq üstəsənsə yıxılmamaq üçün bir-iki əl də gərək qonum-qonşudan borc alıb dörd-beş yerdən yapışasan. Düşmək istəyəndə isə əksər sürücülər sərnişinlərin üstünə çımxırırlar: "Tez ol! Cəld ol! Tələs!" Fikir də vermirlər ki, düşən adam qadındır, ya qoca. Sürücülərin davranışına irad tutub nəzakətli olmağa çağıranda isə elə kobud cavab verirlər ki, söz deməyinə peşman olursan.
Ölkənin nəqliyyat infrastrukturu kökündən dəyişmiş, yeni intellektual idarəetmə sistemi yaradılmışdır. Dövlət bu layihələrin reallaşması, avtobus parkının yenilənməsi, yolların təmiri, körpülərin salınması üçün böyük məbləğdə vəsaitlər ayırmışdır. Di gəl, bu təqdirəlayiq inkişafa rəğmən bizim sürücülərin davranışları dəyişmir ki, dəyişmir! Gözəl və müasir şəhərdə yeni avtobuslarda çalışan sürücülərin də nəzakəti şəhərin ab-havasına uyğun olmalıdır. Şəhər dəyişir, ölkə inkişaf edir, bizim sürücülərin bir qismi davranışlarını dəyişmək istəmirlər.
Təəssüf ki, intellektual idarəetmə tətbiq ediləndə dayanacaqlar arasındakı məsafə dəyişmədi. Elə düşünmək olardı ki, yeni sistem tətbiq edilərkən şəhərin ekoloji problemləri nəzərə alınacaq və dayanacaqlar arasındakı məsafələr bir qədər uzadılacaqdır. Elə bir dəyişiklik şəhər miqyasında hiss olunmadı. Dayanacaqlar arasındakı məsafənin qısalığı, avtobusların dayanacaqlardan kənarda da tez-tez dayanması, son nəticədə mühərriklərin qədərindən artıq işləməsi saysız-hesabsız problemlərin çoxluğundan əziyyət çəkən meqapolislərdə ətraf mühitə atılan zəhərli maddələrin və səs-küyün artmasına səbəb olur. Məsələnin belə qoyuluşu qəribə görünə bilər, lakin Qərb dövlətlərinin bəzilərində hətta işıqforlarda belə dayanarkən avtomobilin mühərrikinin söndürülməsi tələb olunur. Çünki meqapolislərdə havanın 70-80 faizi avtomobillərin hesabına çirklənir.
Bu gün etik qaydalardan bixəbər sürücülər əsəblərimizi, ekoloji mühitin qorunmasına hesablanmayan ictimai nəqliyyatın hərəkət mexanizmi isə sağlamlığımızı korlayır. Görəsən, Nəqliyyat Nazirliyi bu istiqamətdə yenilikləri tətbiq etməyi planlaşdırırmı?
Elnur HADIYEV,
Bakı şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!