04 May 2026 12:09
164
SİYASƏT
A- A+
Hirkan meşələrində bəzi heyvan növlərinin sayında artım var - Fototələlər maraqlı görüntülər qeydə alıb  

Hirkan meşələrində bəzi heyvan növlərinin sayında artım var - Fototələlər maraqlı görüntülər qeydə alıb  


Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması – bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır.

Hər rüb bu cihazların yaddaş kartları yoxlanılır, toplanan materiallar isə mütəxəssislər tərəfindən ətraflı şəkildə təhlil olunur. Lerik, Lənkəran və Astara rayonlarını əhatə edən park ərazisində quraşdırılmış 32 fototələ regionun zəngin biomüxtəlifliyinin izlənməsinə geniş imkan yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin ilk rübündə əldə olunan fototələ görüntülərində maraqlı məqamlar qeydə alınıb. Kadrlarda bəzi heyvan növlərinin sayında artım xüsusilə diqqət çəkir.

Ümumdünya Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Sahil Mikayılov bildirib ki, bəzi hallarda müntəzəm olaraq fototələlərə düşən heyvanlar müəyyən müddət kameralarda görünməyə bilər və bunun müxtəlif səbəbləri olur. Onun sözlərinə görə, artıq 9 ilə yaxındır ki, Hirkan Milli Parkı ərazisində fototələlər quraşdırılıb. Bu cihazlar vasitəsilə bölgədə yaşayan heyvanların hərəkəti və sayı mütəmadi olaraq izlənilir. Sahil Mikayılov qeyd edib ki, bu il ilk dəfə olaraq fototələlərə bəbir görüntüləri düşməyib və bu hal həmin heyvanların digər ərazilərə miqrasiya etməsi ilə əlaqələndirilir.

Eyni zamanda, Lənkəran bölgəsində aparılan müşahidələr bəzi vəhşi heyvan növlərinin sayında artım olduğunu göstərir. Onun sözlərinə görə, xüsusilə cüyürlərin sayında artım qeydə alınıb: “Son müşahidələr zamanı bir cüyürün iki balası ilə birlikdə olduğu görüntüləndi. Digər kamera qeydlərində də bu hal təkrarlandı. Bu da Hirkan ərazilərində cüyürlərin sayının artdığını göstərir”.

S.Mikayılov əlavə edib ki, artım təkcə cüyürlərlə məhdudlaşmır: “Tirəndazların, yenotların sayı da çoxalıb. Çaqqalların isə Lənkəran və Lerik bölgələrinin demək olar ki, əksər ərazilərində artımı müşahidə edilir”.

Lerik meşələrində yaşayan vaşaqların uzun fasilədən sonra yenidən fototələlərə düşməsi onların da sayında artımın olduğunu göstərir. Bundan əlavə, bu mövsüm ilk dəfə olaraq bəzi quş növlərinin sürü halında görüntüləri də qeydə alınıb.

“Əvvəllər kəkliklərə tək-tək rast gəlinirdi, amma indi fototələlərə sürü halında düşürlər. Kamera qarşısında hər hansı bir hərəkət olan kimi görüntü qeydə alınır. Bu da bizim üçün maraqlıdır. Hansı heyvan növünün hansı ərazidə artdığını məhz kameralar vasitəsilə müəyyən edirik. Müşahidələr göstərir ki, Astara zonasında ayıların da sayı artmaqdadır”.

Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Zəngin flora və faunası ilə seçilən bu unikal ekosistem dünyanın ən qiymətli təbiət bölgələrindən hesab olunur. Elə buna görə də “Azərbaycanın Hirkan meşələri” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

14:01
04 May

"Əczaçılıqda rəqəmsallaşma və süni intellekt transformasiyasının yerli əczaçılıq istehsalına təsiri" - Panel müzakirə  

13:52
04 May

Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər  

13:49
04 May

Sabaha olan hava proqnozu açıqlanıb

13:43
04 May

Volodimir Zelenski: Biz Azərbaycan və Ermənistana dayanıqlı, hərtərəfli və uzunmüddətli sülh arzulayırıq  

13:41
04 May

Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb

13:36
04 May

Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq

13:28
04 May

bp Qarabağ layihəsi çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid tədqiqat proqramına dair məlumat yayıb 

13:24
04 May

Azərbaycan ilə BVF arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir

13:12
04 May

Parlamentlərarası İttifaqın Baş katibi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

13:01
04 May

Koşta: “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanla Ermənistan arasında sülh sayəsində mümkün olub  

12:59
04 May

Küveyt 1991-ci ildən bəri ilk dəfə aprel ayında neft ixrac etməyib

12:54
04 May

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNƏCƏK

12:41
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi” Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb

12:38
04 May

Laçında arıçılıq yenidən dirçəldilir

12:34
04 May

Tramp: “Azadlıq layihəsi” Vaşinqtonun İrana humanitar jestidir

12:33
04 May

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakıda klassik musiqi konserti təşkil olunub  

12:32
04 May

İran Silahlı Qüvvələri: Hörmüz boğazından keçid Tehranla əlaqələndirilməlidir

12:28
04 May

İspaniya Baş nazirinin İrəvana uçan təyyarəsi Ankarada məcburi eniş edib

12:21
04 May

Birinci rübdə qlobal LNG ixracı artıb

12:14
04 May

Hirkan meşələrində bəzi heyvan növlərinin sayında artım var - Fototələlər maraqlı görüntülər qeydə alıb  

12:09
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!