Heydər Əliyev Mərkəzində “Astana – böyük çölün incisi” adlı sərgi açılıb
İyulun 6-da Heydər Əliyev Mərkəzində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli Mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. O, Astananın 20 illiyinə həsr edilən layihənin iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verdiyini qeyd edib. “Layihə Heydər Əliyev Fondu və Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun birgə əməkdaşlığı çərçivəsində planlaşdırılan tədbirlərdən biridir. Bu əməkdaşlığın məqsədi ölkələrimizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliğinin genişləndirilməsi, çoxəsrlik əlaqələri olan xalqlarımızın daha da yaxınlaşdırılmasıdır”, - deyən Adil Kərimli bildirib ki, sərgidə təqdim olunan əsərlər hər bir ziyarətçidə Astana haqqında xoş təəssürat yaradacaq.
Qeyd edək ki, sərginin açılışı əlamətdar tarixə təsadüf edir. 6 iyul Qazaxıstanda bayram - Paytaxt Günü kimi qeyd olunur.
Müasirliyi və gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Astananın coğrafi baxımdan da əlverişli mövqedə yerləşdiyini deyən Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun icraçı direktorunun müavini İqor Roqov bildirib ki, Qazaxıstan paytaxtının arxitekturası, eyni zamanda, milli mədəniyyəti, ənənələri tam əks etdirir. “Ölkəmizin möhtəşəm bayramını - paytaxtımızın yubileyini qeyd etdiyimiz zamanda Heydər Əliyev Fondu sayəsində biz Astanaya həsr olunmuş sərgini də məhz Azərbaycanda təqdim edirik. Bu, bizim üçün çox dəyərlidir. Hesab edirəm ki, bu sərgi vasitəsilə azərbaycanlı həmkarlarımız və dostlarımız Qazaxıstanın paytaxtı haqqında ətraflı məlumat ala biləcəklər”, - deyə Elbası Fondunun icraçı direktorunun müavini qeyd edib.
Sonra ziyarətçilər sərgi ilə tanış olublar. Ekspozisiyada Qazaxıstan paytaxtının müxtəlif tikililərinin fotosu təqdim edilib. Onların arasında planetin 90 epik binası siyahısına daxil edilmiş, Astananın əsas brendi sayılan “Bayterek”, Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı – “Ak Orda”, Astanadakı Ekspo Mərkəzindəki ən qeyri-adi binalardan biri – kürəşəkilli “Nur Alem” kimi memarlıq nümunələri var. Astana şəhərinin nadir tikililəri sırasında tanınmış britaniyalı memar Norman Fosterin layihə müəllifi olduğu binalar – “Sülh və razılıq sarayı” (“Piramida”), dünyanın çadırşəkilli ən böyük binası kimi Ginnesin Rekordlar Kitabına düşmüş “Xan Şatır” ticarət-əyləncə kompleksi və Nazarbayev Mərkəzinin binası da var.
Sərgidə qonaqlara Astana şəhərinin paytaxt elan edilməsinin 20 illiyinə həsr olunmuş “Astanada bir gün” və Burabay Milli Dövlət Təbiət Parkından bəhs edən “Burabayda bir gün” fotoalbomları təqdim olunub. Hər iki nəşr Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Fondunun sifarişi ilə hazırlanıb. Birinci albomda Astananın görməli məkanları və ultramüasir binaları, onların memarlıq quruluşu və texniki xüsusiyyətləri ilə tanış olmaq olar. İkinci nəşr isə “Qazaxıstanın İsveçrəsi”nin - “Burabay” milli parkının gözəlliklərini əks etdirir.
Açılış mərasimində, həmçinin Qazaxıstanın “Turan” etno-folklor ansamblı konsert proqramı ilə çıxış edib.
“Astana – böyük çölün incisi” fotosərgisi ilk dəfə bu ilin aprelində Rusiyanın Moskva və İspaniyanın Madrid şəhərlərində ictimaiyyətə təqdim edilib. Sərgi may ayında Rusiyanın Sankt-Peterburq, iyunda isə Həştərxan şəhərlərində nümayiş olunub. Bakıdan sonra sərginin Pekin, London, Berlin və Parisdə təqdimatı nəzərdə tutulur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!