Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf yoluna həmişə işıq salacaq
Tarixdə liderlərə həmişə ehtiyac duyulub. Çox tarixi dərinliklərə getmədən deyə bilərik ki, ötən əsrin sonlarına yaxın Azərbaycanın daxil olduğu coğrafiyada baş verən siyasi dəyişikliklər, yeni dövlətlərin yaranması tarixdə liderlərin rolunu bir daha qabarıq şəkildə göstərdi. Respublikamız da bu proseslərdə kənar deyildi. Əgər müstəqilliyimizin bərpasının ilk illərində dövlətimiz məhz səriştəsiz rəhbərlərin yartımaz idarəçiliyi ucbatından dərin problemlərlə üzləşmişdisə, 1993-cü ilin ortalarından müsbətə doğru baş verən dəyişikliklər Ulu Öndər Heydər Əliyevin timsalında hakimiyyət sükanı arxasında əsl siyasi liderin olmasından xəbər verirdi.
Bəli, bütün varlığı ilə vətəninə və xalqına bağlı olan Heydər Əliyev əsl lider, görkəmli dövlət xadimi, müdrik və uzaqgörən siyasətçi idi. Məhz bu kimi yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olmasının nəticəsi idi ki, Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində Azərbaycanı yenidən qurub, dirçəldib, inkişaf etdirib, dünyada tanıtdırıb. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkəmizin və xalqımızın ən çətin anlarında Heydər Əliyev üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirib, hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub.
Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxaran, şöhrətini yüksəldən Heydər Əliyev 1993-cü ildə siyasi rəhbərliyə yenidən gəlişi ilə müstəqilliyimizi qorudu, onu başının üstünü almış təhlükələrdən xilas etdi, dövlətimizi yenidən qurdu. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi tariximizə yüksəliş dövrü kimi yazıldı. Bu dövrdə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Ona görə bu gün hər birimiz çox düzgün olaraq müasir Azərbaycan dövlətini Heydər Əliyevin “şah əsəri” adlandırırıq.
Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində bir daha Ulu Öndəri anmaqla, məzarını ziyarət etməklə, müxtəli tədbirlər keçirməklə əziz xatirəsinə öz ehtiramımızı bildiririk. Aradan ötən illər bizə Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. 2003-cü il oktyabr ayının 1-də Heydər Əliyev xalqımıza müraciətində böyük uzaqgörənliklə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü və şərəfli dövrünü yaşayır. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər, keçdiyi inkişaf yolu Ulu Öndərin nə qədər haqlı olduğunu göstərir. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzularını həyata keçirdi, vəsiyyətini yerinə yetirdi. Ona görə Ulu Öndərin ruhu rahatdır...
Azərbaycanın qürur doğuran nailiyyətlərinin, xalqımızın bütün uğurlarının kökündə Heydər Əliyev yolunun və irsinin davam etdirilməsi dayanır. Ona görə də Ulu Öndər öz ideyaları ilə hər zaman yaşayacaq, yüksək ehtiramla anılacaq. Heydər Əliyevin misilsiz fəaliyyəti, bizlərə və gələcək nəsillərə ərmağan etdiyi zəngin irsi qiymətli bir xəzinə kimi uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcək. İllər keçdikcə nəsillər bir-birini əvəz edəcək, gələcək nəsillər tariximizin bu şanlı səhifələrini vərəqlədikcə onun müəllifini həmişə xatırlayacaq və minnətdarlıqla yad edəcəklər.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!