Haqqın yolu xeyirxahlıqdan, nəciblikdən keçir
Sumqayıtda doğulub boya-başa çatmışam. Həyatım boyu böyüklərdən savab əməllərə çağırış eşitmişəm. Milli-mənəvi dəyərlər əsasında tərbiyə şübhəsiz ki, cəmiyyəti saflaşdırır. Əgər insan xeyirxahlığa meyillidirsə, deməli, ən azı ondan başqalarına ziyan dəyməyəcək.
Bir müddət əvvəl mətbuatda yas mərasimlərinin dinimizin təməl prinsipləri əsasında keçirilməsi ilə bağlı silsilə yazılar dərc olunurdu. İsrafçılığa yol verməmək, əlavə borca-xərcə düşməmək, eləcə də dini ayinlərin düzgün icra olunması üçün yas mərasimlərinin sadə təşkili tövsiyə edilirdi. Əhali tərəfindən bəyənilən bu təkliflər real həyatda da gerçəkləşməyə başlamışdı. Doğrudur, hələ də təmtəraqlı yas mərasimləri keçirməyi özünə “şərəf” bilən, bu “ənənə”lərdən imtina etməyi bacarmayan insanlar var.
Amma məsələyə yeni gözlə baxmağa çalışan ailələr də kifayət qədərdir. Onlardan biri - Əzimovlar ailəsinin təqdirəlayiq təşəbbüsü haqqında danışmaq istərdik. Çünki onların əməli nümunə götürüləcək qəbildəndir. Xalqımız həmişə - istər xoş, istərsə də dərdli günlərində ailələrə elliklə dəstək olmaq ənənəsinə malikdir. Toyda da, yasda da maddi vəsait toplanması bununla əlaqəlidir. Əzimovlar ailəsi yaxın qohumlarının yasında pul yığmamağa qərar versələr də, insanlar onların xərclərini yüngülləşdirmək, hüzür sahibinə kömək məqsədilə müəyyən məbləğdə vəsait toplamışdılar.
Əzimovlarınsa bu vəsaitə münasibətləri fərqli oldu. Onlar bu pulu daha xeyirxah, nəcib məqsədə yönəltməyə qərar verdilər. Sumqayıt Şəhər Onkoloji Dispanserdən evdə müalicə alan bir neçə xəstənin ünvanını götürdülər. Həmin ünvanlara gedərək xəstələrə həm mənəvi dəstək verdilər, həm də maddi yardım göstərdilər. O ailələrin ağrı-acısı, xəstələrin müalicə xərcələrinin ağırlığı onlara yaxşı bəlli idi...
İbrətamiz əməldir. Haqqa qovuşmağın, savab qazanmağın doğru və rahat yolu humanizmdən, xeyirxahlıqdan, nəciblikdən keçir. Bunu bizdən həm dövlət, həm də islam qanunları tələb edir.
Əjdər HÜSEYNOV,
Sumqayıt sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!