Haqqı bilmək azdır, onu başqalarına qəbul etdirməyi bacarmaq da önəmlidir
25 il qabaq dünyanın gözü önündə tarixin ən qanlı, dəhşətli qətliamlarından biri - Xocalı soyqırımı törədildi. Azərbaycanlıların Ermənistandan, daha sonra Qarabağdan zorakılıqla çıxarılması, torpaqlarımızın işğalı faciələrlə müşayiət edilsə də, bu prosesin əsl adı soyqırımıdır! Çünki məqsəd təkcə ərazi zəbt etmək deyil, ilk növbədə azərbaycanlıları fiziki cəhətdən qırmaq, əsrlərlə yaşadıqları torpaqlardan qovmaq idi. Bu - soyqırımıdır! Özü də məqsədyönlü, mütəşəkkil və ardıcıl şəkildə Ermənistanın dövlət siyasəti səviyyəsində icra edilən soyqırımı!
Xocalı faciəsi - soyqırımı bəşəriyyətin üz qarasıdır. Bir böyük şəhər əhalisi ilə birlikdə dünyanın gözü önündə yer üzündən vəhşicəsinə silindi! Qaçıb canını qurtaranlar oldu. Amma bir möcüzə sayəsində xilas ola bilməsəydilər, onlar da süngüdən keçiriləcək, işgəncələrə məruz qalacaqdılar! Dünya bütün bunlara nəinki göz yumdu, üstəlik qulağını da tıxadı. Hələ də bəzi dairələr Ermənistanı təcavüzkar olaraq tanımaq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə səy göstərmək istəmirlər. Görəsən, niyə?
Ermənistan hər cəhətdən Azərbaycandan qat-qat zəifdir. Deməli, erməni separatizminin, terrorunun, işğalının arxasında, əslində, başqa - daha güclü qüvvələr var. Məhz onların iradəsi və dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yürüdülüb, torpaqları işğal olunub. Məhz bu səbəbdəndir ki, haqqı duyan, söyləyən və tələb edən azdır. Əvəzində uydurma “erməni soyqırımı” haray-həşirini səngitmir, hər vəchlə gündəmdən düşməməsinə çalışırlar. Haqqı danır, yalana güc verirlər. Şahidi və iştirakçısı olduğumuz hadisələri belə həyasızcasına təhrif edir, tarixi gözümüzün önündə saxtalaşdırmaq istəyirlər.
Bu səbəbdən Qarabağ həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında bütün məlumatlar, faktlar sistemli və ardıcıl şəkildə informasiya bankında toplanmalı, dayanmadan dünyada təbliğ olunmalıdır.
Tarixi istinad mənbələri yaradılmalı, mütəmadi olaraq zənginləşdirilməli, sanbalı artırılmalıdır. Tarixin dərslərindən ibrət almaq lazımdır. Ötən əsrin əvvəllərində eyni vəhşət və zorakılıqla Azərbaycan torpaqlarını işğal edib, əhalisini soyqırımına məruz qoyanlar sonradan tarixi saxtalaşdırıb bu gün istinad etdikləri yalan dolu “mənbələr” yaratmışdılar. İndi də buna cəhd göstərirlər. Sabaha hazırlıq görürlər. Odur ki, informasiya, məlumat mənbələrinin yaradılması, qorunması və zənginləşdirilməsi işini ciddiyə almalı, ideoloji-informasiya cəbhəsində elmi-texniki, texnoloji yeniliklərdən maksimum yararlanmalıyıq. Bu, həm gələcək nəsillər üçün, həm də erməni işğalına, terroruna, separatizminə qarşı başlayacağımız əməliyyatlar zamanı dünya üzrə ictimai rəyin haqqa tərəfdar olması üçün vacibdir. Haqqı, ədaləti bilmək azdır, onu başqalarına qəbul etdirmək və haqsızı susdurmağı, ifşa etməyi bacarmaq da önəmlidir.
Ərəstun FƏTULLAYEV,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!