04 İyul 2025 09:05
5045
Səhiyyə
A- A+
Gözlərinizi ultrabənövşəyi şüalardan qoruyun

Gözlərinizi ultrabənövşəyi şüalardan qoruyun


Yay insanların açıq havada daha çox vaxt keçirdiyi, günəş şüalarının orqanizmə daha çox təsir etdiyi dövrdür. Bu fəsildə ultrabənövşəyi şüaların mənfi təsirləri ən həssas orqanımız olan gözlərimizdən də yan keçmir.

Göz sağlamlığının qayğısına qalmaq həmişə vacibdir, lakin xüsusilə yayda həddindən artıq günəş şüalarına məruz qalma nəticəsində bu orqan zədələnə, görmə qabiliyyətinə əhəmiyyətli zərər verə bilər. Yayda göz problemlərinin qarşısını almaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. Keyfiyyətli gün eynəklərindən istifadə və düzgün qulluq müxtəlif zərərlərin qarşısını almağa və görmə qabiliyyətini qorumağa kömək edə bilir.


Günəş şüaları, qum və külək konyunktivitin birbaşa səbəbləridir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim-oftalmoloqu Fəridə Bağırovanın sözlərinə görə, yayda daha çox mövsümi allergik konyunktivitə rast gəlinir: "Polinoz konyunktivit kimi də tanınan bu narahatlıq gözlərin konyunktivasının bitki tozcuqlarına qarşı allergik reaksiyası nəticəsində yaranan iltihabıdır. Bu hal adətən bitkilərin çiçəkləmə dövrləri ilə əlaqədar yaz-yay aylarında müşahidə olunur, qaşınma, gözlərdə "qum" hissi, qızartı, işığa qarşı həssaslığın artması və göz qapaqlarının şişməsi ilə xarakterizə edilir. Günəş şüaları, qum və külək konyunktivitin birbaşa səbəbləridir. Açıq havada günəşə uzun müddət birbaşa məruz qalan işçilər, göz əməliyyatı olmuş xəstələr, yaşlılar, körpələr, həmçinin xroniki xəstəliyi, irsi meyilliliyi və  ultrabənövşəyi şüalara allergiyası olanlar risk qrupuna daxildirlər".

Həkim-oftalmoloq dedi ki, allergik konyunktivitə yoluxmuş xəstələr allergiyalarının nəyə qarşı olduğunu müəyyən edib həmin maddə ilə təmasdan mümkün qədər uzaq durmalıdırlar. Gigiyena qaydalarına əməl etmək, gözləri çirkli əllərlə ovuşdurmamaq vacib şərtlərdəndir. Belə ki, gözü hər dəfə ovuşduranda onun ön hissəsində yerləşən buynuz qişa incəlməyə başlayır. Bu da gözün ön seqmentinin deformasiyasına və tədricən astiqmatizm yaranmasına səbəb olur. Polinoz konyunktivit zamanı  şişkinlik və qaşınmanı azaltmaq üçün soyuq kompreslər, iltihab əleyhinə antihistamin damcılar və məlhəmlər, gözləri nəmləndirmək üçün süni gözyaşları tövsiyə edilir. Simptomlar keçmədikdə və ya pisləşdikdə isə daha dəqiq diaqnoz və müalicə üçün həkimə müraciət etmək vacibdir.

"İsti havalarda üzləşdiyimiz problemlərdən biri də göz quruluğudur. Sağlam göz üçün müəyyən miqdarda göz yaşı lazımdır. Göz yaşı təbəqəsi gözün ən kənar hissəsini əhatə edir və aydın görməni təmin edir. İsti hava, kondisioner və ventilyatorlar, hovuz suları gözün normal yaş ifrazatını azaldaraq gözdə quruluğa səbəb olur, yanma, batma və yandırma hissi əmələ gəlir. Bunun qarşısını almaq üçün oftalmoloqla məsləhətləşərək süni gözyaşı damcılarından istifadə etmək lazımdır", - deyə mütəxəssis qeyd edib.


Eynəkdən istifadə yalnız günəşli hava ilə məhdudlaşmamalıdır


Günəşli havalarda mütləq gün eynəyi, papaq və çətirlərdən istifadə edilməlidir. Bu barədə danışan  Fəridə Bağırova bildirib ki, buludlu havalarda belə UV (ultrabənövşəyi) şüalar mövcud olduğu üçün eynəkdən istifadə yalnız günəşli hava ilə məhdudlaşmamalıdır: "Ultrabənövşəyi şüalar uzunmüddətli göz zədələnmələrinə səbəb ola bilər. Gözlərin qorunması üçün 100 faiz UV qoruyuculu gün eynəklərindən istifadə olunmalıdır. Hər iki növ UV şüanı (UVA və UVB) filtr edən eynəklər seçilməlidir. Geniş çərçivəli eynəklər yanlardan gələn şüalardan da qoruduğu üçün onlara üstünlük verilməlidir. Polarizasiya isə əks etdirilən işığı azaldır, nəticədə göz daha gec yorulur. Lakin bu, UV qoruması demək deyil, əlavə rahatlıqdır. Gün eynəkləri alarkən sertifikatlı eynəklərə üstünlük verilməlidir. Onların çərçivələri yüngül, şüşələri tünd olmalı, keyfiyyətli materialdan hazırlanmalıdır. Ucuz, UV qoruması olmayan tünd şüşəli eynəklərdən uzaq durmaq lazımdır. Bu tip eynəklər göz bəbəyini genişləndirərək ultrabənövşəyi şüaların zərərini artıra bilər. Gün eynəyi seçərkən onun qoruyuculuğuna xüsusi diqqət edilməlidir".

Həkim-oftalmoloqun sözlərinə görə,  uşaqların gözləri hələ tam inkişaf etmədiyi üçün ultrabənövşəyi şüalar onlara daha çox zərər verə bilər: "6 aydan yuxarı uşaqlar UV filtrasiyalı gün eynəklərindən istifadə etməlidirlər. Uşaqlar üçün eynəklər qırılmayan və elastik materialdan hazırlanmalıdır. Azyaşlılar gün eynəklərini uzun müddət taxa bilmədikləri üçün onlara şlyapa, kölgə, çətir daha uyğundur. İsti havalarda hovuzlardan çox istifadə olunur. Suyun təmizliyi üçün istifadə olunan kimyəvi maddələr göz allergiyalarına səbəb olduğu üçün yaşından asılı olmayaraq, hər kəs hovuza girərkən su eynəklərindən istifadə etməlidir". 

Bir qisim insan yay aylarında kontakt linza istifadəsinin təhlükəli olduğunu düşünür. Həkim-oftalmoloq bildirib ki, gigiyena qaydalarına və bəzi məqamlara xüsusi diqqət yetirilsə, yayda kontakt linza istifadəsi təhlükəsizdir: "İsti havalarda gözlər daha tez quruyur. Linza istifadəçiləri süni göz yaşı ilə gözlərini nəmləndirməlidirlər. Günəşdən qorunmaq üçün linza + gün eynəyi kombinasiyası ən yaxşısıdır. Linza ilə hovuza və ya dənizə girmək təhlükəlidir. Hovuz, dəniz və hətta duş suyu mikroorqanizmlərlə doludur. Kontakt linzalar bu mikrobları "udaraq" göz infeksiyalarına, o cümlədən çox ciddi "Acanthamoeba keratiti" adlı görmə itkisinə səbəb ola biləcək infeksiyaya yol aça bilər. Əgər suya linza ilə girməyə məcbursunuzsa, yalnız birdəfəlik (gündəlik) linzalardan istifadə etməli və çıxandan sonra dərhal atmalısınız.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!