Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Avqustun 17-də - dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümünün tamam olduğu gündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir. İstedadı və ifaçılıq məharəti ilə tamaşaçıların böyük sevgisini qazanmış müğənni səhnə ilə yaşayırdı. Dünyada bu cür ikinci ifaçı yoxdur və olmayacaq.
Onunla dostluq etdiyindən qürur duyduğunu deyən Eldar Quliyev Müslüm Maqomayevin Azərbaycanı sevdiyini, vətənpərvər olduğunu vurğulayıb.
Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətov deyib ki, Müslüm Maqomayev bütün ömrünü səhnəyə həsr edib. Onun yaradıcılığı hər zaman yüksək qiymətləndirilib. Bu cür şəxsiyyətlər ölməzlik qazanır.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov görkəmli müğənninin Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfəsindən söz açıb. Diqqətə çatdırıb ki, Müslüm Maqomayev yüksək istedada malik sənətkar, hərtərəfli şəxsiyyət olub. Milyonlarla insanlar onun ifaçılıq sənətinə pərəstiş ediblər.
Çıxışlarda qeyd olunub ki, müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutur.
Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və digər ölkələrdə uğurla çıxış edib. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub. Müğənni haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilib. “Nizami” bədii filmində baş rolda çıxış edən Müslüm Maqomayev dahi Azərbaycan şairinin yaddaqalan obrazını yaradıb. Onun müəllifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada sənətinin parlaq nümunələridir.
Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya qeyd edib ki, Müslüm Maqomayev dünya musiqi mədəniyyətində silinməz iz qoyub. “Hər il onun xatirəsini anmaq üçün bu qədər insanın buraya toplaşması mənə çox xoşdur. Bu, Müslümün ölməzliyini və hər zaman bizimlə olduğunu göstərir”, - deyən Tamara Sinyavskaya Müslüm Maqomayevin yaradıcılığının belə yüksək qiymətləndirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ulu öndər Heydər Əliyevin, habelə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!