Gəlin saxta materialları yayıb düşmən dəyirmanına su tökməyək
Nəzarət olmadığından sosial şəbəkələrdə saxtakarlıq geniş vüsət alıb. Belə bir şəraitdə Azərbaycanın bədxahları da fəaldırlar.
Dövlətimizin, xalqımızın imicini ləkələmək, əcnəbilərdə mənfi rəy formalaşdırmaq, yerli əhalidə ruh düşkünlüyü doğurmaq məqsədilə başqa ölkələrdə çəkilmiş və neqativ halları əks etdirən foto-şəkillər, o cümlədən videolar paylaşılaraq Azərbaycana aid edilir. Təəssüf ki, bu qərəzli və çirkin kampaniyalara bəzən bilərəkdən, bəzən isə naşılıqdan azərbaycanlılar da qoşulurlar. Araşdırdıqda bəlli olur ki, belə materialların başqa yerlərdə çəkilməsi bir yana, illərdir müxtəlif şəbəkələrdə dövr edir. İranda, Ərəbistanda, Uzaq Şərq ölkələrində, Rusiyada, Ukraynada qeydə alınmış xoşagəlməz hadisələr Bakıda, Azərbaycanda baş vermiş kimi göstərilir. Acınacaqlı haldır ki, bəzi KİV-lər belə saxta, montaj yolu ilə hazırlanmış görüntüləri yoxlamadan, “əslini-kökünü” araşdırmadan tirajlayır, hətta televiziya xəbəri belə edirlər. Bu yaxınlarda guya Bakıda, Nizami küçəsində itin bir uşağa hücum etməsi haqqında verilən xəbər məhz belə materiallardan idi - sosial şəbəkələrdən götürülmüşdü. Halbuki videoda uşağın ingilis dilində imdad dilədiyi, ətrafdakıların da əcnəbi dildə danışdığı, başqa görkəmdə olduğu aydın sezilirdi. Görüntülərdəki şəhər elementləri də yerin Bakıda olmadığını təsdiqləyir: nəinki Nizamı küçəsində və ətrafında, ümumiyyətlə, paytaxtımızda belə yer yoxdur. Videodakı fonda görünən küçədə uzun - metrobusa oxşar bir nəqliyyat vasitəsinin və Bakıda olmayan avtobusların hərəkət etməsi də bunu təsdiqləyir.
Doğrudur, şəhərimizin belə bir problemi var - itlər müvafiq qaydalar pozulmaqla gəzdirilir, hətta onları avtobusda sərnişin yerinə oturdurlar da. Lakin hər xəbər fakt üzrə olmalıdır. Niyə başqa yerdə qeydə alınmış hadisə Bakının adına çıxılmalıdır? Nə üçün hansısa bir ölkənin yeməkxanasındakı iyrənclik paytaxtımızın dönərxanasındakı vəziyyət kimi göstərilməlidir? Ukraynanın Dnepropetrovsk vilayətində, bir qəsəbənin yolunda çəkilmiş şəkil niyə Azərbaycan adına sırınmalıdır? Yaxud Moskva metrosu üçün adi hal - qadına hörmətsizlik Bakı metrosuna şamil edilməlidir? Belə saxta materiallar onlarla, yüzlərlədir. Məqsəd də bəllidir: Azərbaycanı, Bakını, xalqımızı gözdən salmaq, ölkəmizə gəlmək istəyən turistlərin gözünü qorxutmaq, xalqımız haqqında mənfi rəy formalaşdırmaqdır. Bunun sadə adı düşmənçilikdir. Bu cəhdlərə rəvac vermək, siyasi məqsədlər üçün istifadə etmək düşmən dəyirmanına su tökmək, ona qulluq göstərmək deməkdir.
Gəlin diqqətli olaq, belə cəhdlərə qarşı mübarizə aparaq, hər şəkili, videonu kor-koranə yaymayaq, onlardan xəbər düzəltməyək: arayaq, yoxlayaq və saxtakarları ifşa edək!
Elxan ELDAROĞLU,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!