23 Aprel 2024 16:41
181
CƏMİYYƏT
A- A+

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Bakcell” mobil rabitə şirkəti arasında əldə edilmiş razılığa əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkün ailələrin gündəlik problemlərinin həllinin rahatlaşdırılması məqsədi ilə birgə layihənin həyata keçirilməsinə başlanılıb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, “Bakcell” mobil rabitə şirkəti aprelin 22-23-də Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz danışıq üçün sim-kart hədiyyə edib.

Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video