Futbol üzrə dünya çempionatının üçüncü günündə dörd oyun keçiriləcək
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü günündə - iyunun 16-da dörd oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gün ərzində “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq ilk oyunda “C” qrupunun favoriti sayılan Fransa millisi Avstraliya yığması ilə qarşılaşacaq. Komandalar arasındakı görüş “Kazan Arena”da oynanılacaq.
1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
Günün saat 17:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq ikinci oyununda “D” qrupunda yer alan ikiqat dünya çempionu Argentina yığması mundialda ilk dəfə iştirak edən İslandiya yığması ilə qarşılaşacaq. Bundan əvvəlki 20 mundialdan 16-da iştirak edən “gümüşü ölkə” təmsilçisi iki dəfə - 1978-ci və 1986-cı illərdə dünya çempionu olub, 1930-cu, 1990-cı və 2014-cü illərdə isə gümüş medallara layiq görülüb.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşma Saransk şəhərindəki “Mordovia Arena”da oynanılacaq. Bu görüşdə “C” qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları qarşılaşacaqlar. İlk dəfə 1986-cı ildə dünya çempionatlarında debüt edən Danimarka yığması beşinci dəfədir mundialda iştirak edir. Komanda ən yaxşı nəticəni 1998-ci ildə göstərib. “Fransa-1998”də dörddəbir finala qədər irəliləyən danimarkalılar Braziliya yığmasına 2:3 uduzaraq mübarizəni dayandırıblar.
“Rusiya 2018” ilk dünya çempionatının da iştirakçısı olan Peru millisi üçün beşinci mundialdır. Peru yığması iki dünya çempionatlarında qrupdan növbəti mərhələyə yüksəlməyi bacarıb. Təsnifat mərhələsində beşinci yeri tutaraq pley-offa vəsiqə qazanan perulular bu mərhələdə Yeni Zelandiya yığmasını mübarizədən kənarlaşdıraraq beşinci dəfə mundialda iştirak hüququ əldə ediblər.
Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. İlk dəfə 1998-ci ildə qatıldığı ilk mundialda bürünc medala layiq görülən Xorvatiya yığmasının hücumçusu Davor Şuker 6 qolla bombardir olub. 2010-cu il istisna olmaqla sonrakı çempionatların hamısında təmsil olunan xorvatiyalılar digər mundiallarda mübarizəni qrup mərhələsində dayandırıblar.
Afrika qitəsinin ən güclü komandalarından olan Nigeriya yığması isə dünya çempionatlarında 1994-cü ildə debüt edib. Nigeriyalılar 2006-cı ildəki dünya çempionatından başqa bütün mundiallarda yer alıb. Komandanın ən yaxşı göstəricisi 2014-cü ildəki mundiala təsadüf edib. İlk dəfə olaraq qrup mərhələsindən səkkizdəbir finala yüksələn nigeriyalıların yolunu ev sahibi Braziliya millisi kəsib.
Qeyd edək ki, Fransa-Avstraliya (saat 14:00) və Peru-Danimarka (20:00) matçları İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Argentina-İslandiya (17:00) qarşılaşması İdman Azərbaycan ilə yanaşı, İctimai Televiziya da tamaşaçılara təqdim ediləcək. Azərbaycanlı futbolsevərlər Xorvatiya-Nigeriya oyununu (23:00) İctimai Televiziyadan izləyə biləcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!