21 Oktyabr 2023 10:40
548
SİYASƏT
A- A+
Fransanın işğalçı ölkə olmasına heç bir şübhə yoxdur

Fransanın işğalçı ölkə olmasına heç bir şübhə yoxdur

 

Qurtuluş arzusunda olan bəzi xalqların bu ölkə tərəfindən çəkdikləri müsibətlər bunu deməyə əsas verir

 

Fransanın özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etmək cəhdləri ona görə qeyri-səmimi, hətta gülünc görünür ki, bu ölkənin tarixi müstəmləkəçilik siyasəti yürütməklə, soyqırımları törətməklə, insanlara verdiyi zülmlərlə, işgəncələrlə "zəngindir". 
Afrika ölkələrində müsəlman əhaliyə qarşı dəhşətli qırğınlar törədən, təkcə Əlcəzairdə 1,5 milyondan artıq insanı amansızlıqla qətlə yetirən Fransa indi də işğalçılıqdan, soyğunçuluqdan, zalımlıqdan əl çəkməyib. Hələ də müstəmləkəsi altında saxladığı dövlətlər, zülmlərindən cana doymuş xalqlar var.
Yüz illərdir ki, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransanın mənfur əməllərindən biri də xalqlar arasında sülhün əldə edilməsinə, sabitliyin, əmin-amanlığın bərqərar olmasına hər vasitə ilə  mane olmağa çalışmasıdır. Belə görünür ki, bu müstəmləkəçi dövlət özü kimiləri - işğalçıları, cinayətkarları dəstəkləyir.
Azərbaycanın mövqeyi isə hər zaman dəyişməzdir. Dövlətimiz, xalqımız bütün dünyada sülhə nail olunmasını, xalqların təhlükəsiz şəraitdə, əmin-amanlıq içərisində, azad yaşamasını istəyir və buna səy göstərir.
Dünən Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Dövlətimizin başçısı bildirib ki, Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var, belə ölkələrdən biri və birincisi Fransadır. Prezident İlham Əliyev müraciətində Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, fransız silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoyduğunu qeyd etdi: "XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir".
Fransa dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri kimi də çox faciələr törədib. Əlcəzairin dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutmasının da səbəbkarı Fransadır. Prezident İlham Əliyev müraciətində vurğuladı ki, bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir".
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir.
14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçilərinin iştirakı ilə düzənlənən  "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransda çıxış edən Korsika təmsilçisi Jean-Marc Rodriguez xalqının başına gətirilən müsibətlərdən danışdı. O, Fransanın illər boyu müstəmləkə altında saxlayaraq beynəlxalq cinayətlər törətdiyi Korsikada müstəqillik istəyənlərin ya həbs edildiyini, ya da öldürüldüyünü dedi.
Fransa müstəmləkəsinə çevirdiyi ölkələrdə yalnız torpaqları işğal altında saxlamır, həm də orada yaşayan yerli sakinlərin dilini, tarixini, mədəniyyətini təhrif edir, gənclərini öz soy-kökündən uzaqlaşdırmağa çalışır. Korsikada da eyni siyasətin həyata keçirildiyini Jean-Marc Rodriguez vurğuladı: "Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslərin adı bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini ləğv etmək, bizim millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik".
Fransanın uzun illərdir davam edən müstəmləkə siyasətindən əziyyət çəkənlərin etiraz səsini beynəlxalq konfransında çıxışında Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo belə dilə gətirdi: "Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik".
Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatını təmsil edən Klodet Düamel Fransanın ölkəsinin və xalqının azadlığı uğrunda mübarizə aparmağa çalışan Martinika gənclərini amansızcasına cəzalandırdığını diqqətə çatdırdı. Bildirib ki, son 400 ildə Fransa Martinika əhalisini nəinki azadlıqdan məhrum edib, həm də qəsdən əhalinin sağlamlığına çox böyük ziyan vurub. Klodet Düamel buna görə də indi təkcə azadlıq üçün deyil, həm də gələcək nəsillərin sağlamlığı üçün mübarizə apardıqlarını söylədi.
Beynəlxalq konfransdakı çıxışlarda Fransanın müstəmləkə siyasəti, ədalətsiz mövqeyi, qanunların aliliyini heçə sayması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Fransanın işğalından, zülmlərindən qurtulmaq ən böyük arzuları olan xalqların nümayəndələrinin haqq səsinə beynəlxalq təşkilatların səs verəcəkləri təqdirdə ədalət yerini tutar.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"`

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!