15 İyul 2025 08:45
543
SİYASƏT
A- A+
Ermənistanda siyasi gərginlik davam edir

Ermənistanda siyasi gərginlik davam edir


Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişinə nail olmağa bir qədər də yaxınlaşdırır.

Əbu-Dabidəki danışıqlar prosesinə nəzər yetirsək görərik ki, hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Ancaq yaxın keçmişdə baş tutan görüşlərdən sonra əgər Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edirsə və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, onda niyə sülh müqaviləsinin imzalanması uzanır?  Belə çıxır ki, bir tərəfdən sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Ermənistan rəhbərliyi, deməli, revanşist qüvvələrə, yəni öz ordusunun tör-töküntüsünə rəhbərlik edə bilmir. Digər tərəfdən, baş nazir orduda 5-ci kolonun olduğunu iddia edir. 

Bu isə o deməkdir ki, sülh müqaviləsi bağlanmayana və delimitasiya, demarkasiya prosesi getməyənə qədər Ermənistanda təxribatlar davam edəcək. Deməli, qarşı tərəf Azərbaycanla sülh danışıqlarına getməsə, məsələ daha da gərginləşəcək. 

Hər iki ölkə liderlərinin görüşü məğlub Ermənistanda birmənalı qarşılanmır. "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan deyib ki, bu, təkcə müxalifətin təqibi deyil, daha böyük bir işin bir hissəsidir: "Hakimiyyətin, xüsusən də baş nazir Paşinyanın başlatdığı siyasi təqiblər Paşinyanın İlham Əliyev və Ərdoğana Ermənistandakı vəziyyətə tam nəzarət etdiyini sübut etmək məqsədi daşıyır. Qonşu ölkələrin liderləri ilə, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları həyata keçirmək üçün Paşinyan dissidentlərdən qurtulmalıdır. Bunun başqa izahı yoxdur. Mən ictimaiyyətimizin narahatlığını başa düşürəm".

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz məqaləsində yazıb ki, yaranmış vəziyyətdə Paşinyana qarşı səsini ucaldan istənilən qüvvə və ya fiqur "rusiyapərəst" damğası vurularaq, geosiyasi kürsüyə qoyulacaq: "Ermənistanda onsuz da natamam olan demokratiya artıq ölüb, qarşıdan gələn parlament seçkiləri isə çətin olacaq, çünki Nikol rəqiblərini meydandan təmizləməyə davam edəcək, əsas oyunda "əllə qollar vuracaq", oyunun hakimləri isə açıq şəkildə onun rəqiblərinə qarşı qərəzli qərarlar verəcəklər".

Ermənistanın "168.am" nəşri yazıb ki, Nikol Paşinyan hakimiyyətinin "görünməmiş" nailiyyətlərindən, iş yerlərinin yaradılmasından, yüksək maaş artımından danışarkən, insanları manipulyasiya edərək, onları indi əvvəlkindən qat-qat yaxşı yaşadıqlarına inandırmağa çalışarkən real həyatda tamam başqa şeylər baş verir. Nəşr qeyd edib ki, real həyatda Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir, işgüzar dairələr sürətlə daralır: "Rəsmi məlumata görə, bu ilin ilk 4 ayında Ermənistanda 4201 şirkət bağlanıb. Bu, doğrudan da, misli görünməmiş bir hadisədir, hakimiyyətin açıqladığı görünməmiş "nailiyyətlər" fonunda bunun şahidi oluruq. Təbii olaraq Nikol Paşinyan vətəndaşların başını belə xırda şeylərlə doldurmur, lakin bu o demək deyil ki, bunlar yoxdur. Rəsmi statistikaya görə, ötən ilin sonunda Ermənistanda 70 560 şirkət fəaliyyət göstərdiyi halda, bu ilin aprelində 66 359 şirkət qalıb. Dörd ay ərzində fəaliyyət göstərən şirkətlərin demək olar ki, 6 faizi bağlanıb. Elə bir ay olmayıb ki, bir neçə yüz şirkət fəaliyyətini dayandırmasın. Yanvarda Ermənistanda 1289 şirkət bağlanıb. Fevralda daha çox - 1717 şirkət bağlanıb. Daha 599 şirkət martda, 596 şirkət isə apreldə fəaliyyətini dayandırıb. Beləliklə, 4 ayda 4201 şirkət bağlanıb. Hətta ötən ilin aprelində Ermənistanda bu ildən daha çox şirkət fəaliyyət göstərirdi".

Belə ağır vəziyyətdən Ermənistanın yalnız bir çıxış yolu var ki, o da sülh müqaviləsinin imzalanmasından keçir. Belə halda iqtisadi-sosial problemlərini çözə bilər.   


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!