Ermənistanda ciddi təşviş
Samvel BABAYAN: "Biz təcili müharibəyə hazırlaşmalıyıq. Yoxsa Azərbaycan bizi 5 günə məhv edəcək”
Azərbaycanın sürətli inkişaf nəticəsində daha güclü dövlət halına gəlməsi və buna paralel olaraq ordusunun döyüş qabiliyyətini davamlı olaraq yüksəltməsi Ermənistanda getdikcə daha böyük təşvişə yol açır. Elə bu fonda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin qətiyyətli mövqeyi qarşısında Yerevan artıq geri çəkilməkdən başqa çıxış yolu olmadığını getdikcə daha aydın surətdə dərk edir. Ermənistanda hesab edirlər ki, yeni hakimiyyət bunlardan ciddi nəticə çıxarmalıdır, əks-təqdirdə, ölkələrini silkələyəcək savaşın başlanması qaçılmaz olacaq.
Erməni politoloq Qrant Məlik-Şahnazaryan bununla bağlı bildirib: "Yerevanın atdığı addımlar səbəbindən Azərbaycan və Ermənistan arasında müharibə hazırlığı son mərhələdədir”. Şahnazaryanın fikrincə, iqtidar Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakında israr etsə, savaş istənilən an başlana bilər: "Bakıda Paşinyanın niyyətini əla anlayırlar. Paşinyan bu hərəkəti ilə öz nüfuzunu yüksəltməyə çalışır. Lakin onun davranışları müharibəyə aparır. Baş verənlər müharibənin başlanması üçün siyasi tarazlığın yarandığını və hazırlıq işlərinin son mərhələsinə daxil olduğunu göstərir. Lakin burada nəzərə almaq lazımdır ki, Azərbaycan hərb müstəvisində bizdən çox irəli gedib”.
Elə qondarma "DQR”in sabiq müdafiə naziri Samvel Babayan da eyni mövqedən çıxış edir. Babayan 1in.am portalına verdiyi müsahibəsində ermənilərin təcili müharibəyə hazırlaşmasının vacibliyini bildirib: "Biz təcili müharibəyə hazırlaşmalıyıq. Yoxsa Azərbaycan bizi 5 günə məhv edəcək. Azərbaycan hal-hazırda güclü orduya malikdir. Biz hazırlaşmasaq, aprel faciəsini yenidən yaşayacayıq”.
Digər erməni politoloq Aleksandr İskəndəryan da hesab edir ki, yeni hökumətin qəbul edilməyən mövqeyi üzündən Qarabağda 2016-cı ilin "aprel müharibəsi” ssenarisinin təkrar olunacağı istisna deyil: "Genişmiqyaslı müharibə bəlkə də olmayacaq, çünki bu, dağıdıcı nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, münaqişəni müharibə ssenarisi ilə həll etmək çətindir. Çünki regionda müxtəlif güclərin maraqları var. Lakin "aprel müharibəsi” ssenarisinin təkrarlanacağını istisna etmirəm”.
Bu açıqlamalardan aydın görünür ki, həyata keçirdiyi işğal siyasəti Ermənistana getdikcə daha çox baha başa gəlməkdədir. Çünki hər keçən gün Ermənistana siyasi, hərbi, iqtisadi, diplomatik müstəvidə daha böyük zərbələr dəyir, işğalçı ölkə daha ağır duruma düşür. O da birmənalı həqiqətdir ki, Ermənistanda Serj Sarkisyan iqtidarının devrilməsində bu amillər, Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti əsas rol oynadı. Aydındır ki, yeni hökumət bundan nəticə çıxarmasa, elə onu da eyni aqibət gözləyir.
Bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin düşdüyü təcrid vəziyyətindən xilas olmaq istiqamətində edilən cəhdlər birmənalı şəkildə iflasa uğrayır. Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır.
Digər tərəfdən xarici dövlətlərin və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də Ermənistanın işğal siyasətindən dünyada artan narazılığın real göstəricisidir. Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Artıq birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks təqdirdə, Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq.
Bunu əslində, bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın sezirlər. Eyni zamanda işğalçı ölkədə yaxşı başa düşürlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi müstəvidə həll etsə, onda Ermənistanın özündən belə əsər-əlamət qalmayacaq.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!