21 Oktyabr 2023 10:35
471
SİYASƏT
A- A+
Erməni tribunasına çevrilən təşkilat

Erməni tribunasına çevrilən təşkilat

 

Səlibçi hücumları Avropa Parlamentinə yalnız utanc gətirir

 

44 günlük Vətən müharibəsindən və Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsindən sonra ölkəmizə qarşı qərəzli mövqedə dayanan müxtəlif dövlətlər və beynəlxalq qurumlar daha da "fəallaşıblar". 
Belə ki, Qərb dairələri tərəfindən Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri son zamanlar özünü daha çox büruzə verir. 
Bu xətt Avropa Parlamentinin, xüsusən də Fransanın mövqeyində aydın görünür.  Ermənipərəst Fransanın təşəbbüsü ilə Avropa Parlamentinin ard-arda Azərbaycana qarşı qəbul etdiyi riyakar bəyanatlar da bunun bariz nümunəsidir. 
AP-nin rüşvətxor deputatları erməni lobbisinin puluna olan hərisliklərindən ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyirlər. Avropa Parlamenti faktiki olaraq, erməni yalanlarının ayaq açıb yeridiyi platformaya çevrilib. Bu qurumun yaxın günlərdə tribunasında Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı ittiham edən çıxışına dəstək verməsi də bunu bir daha təsdiqləyir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Avropa Parlamenti çox vaxt öz səlahiyyətinə aid olmayan  məsələlərə münasibət bildirir. Bu təşkilat sanki Avropanın bütün problemlərini həll edib və üzərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirib, indi isə başqa məsələlərə keçib: "Bu yanaşma Azərbaycanla bağlı münasibətdə də özünü daha bariz göstərir. Qurum vaxtaşırı ölkəmizlə əlaqədar düzgün olmayan, həqiqətləri təhrif edən, dövlətimizin müstəqilliyinə qarşı yönələn təhdid dolu bəyanatlar qəbul edir. Bu yolverilməzdir. Belə hərəkətlər Azərbaycanın suveren hüquqlarını qorumaq qətiyyətini zəiflətmək məqsədi güdür". 
Avropanın müəyyən dairələrinin Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmədiyini qeyd edən deputat deyib ki, onlar çox istəyirlər ki, Azərbaycanın təbii sərvətləri transmilli şirkətlərin ixtiyarında olsun, dövlətimizin daxili və xarici məsələləri Avropanın müəyyən paytaxtlarındakı kabinetlərdə müzakirə edilib qərar qəbul olunsun. Amma bunların heç biri qətiyyən olmayacaq. Azərbaycan müstəqilliyini ona görə bərpa etməyib ki, kimlərinsə təsiri altında olsun: "Kimin nə qətnamə qəbul etməsindən, qərəzli münasibətindən asılı olmayaraq, Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Beynəlxalq birlikdə yüksək nüfuzunu daha da artıracaq. Avropanın müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə baxmayaraq, biz bu tezlikdə Avropa ölkələri ilə münasibətlərimizi daim yaxşılaşdırmaqda, ikitərəfli əlaqələri daha yüksək səviyyəyə qaldırmaqda maraqlıyıq".
A.Mirzəzadə bildirib ki, Azərbaycan bundan sonra da dost Avropa ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə diqqət edəcək. Müəyyən dairələrin Azərbaycan əleyhinə fəaliyyətinə tarix həmişə mənfi qiymətini verib və bundan sonra da verəcək.
 
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ABŞ, Yaponiya və digər ölkələrin 17 mindən çox hərbçisi Filippində təlimlərə başlayıb

12:19
20 Aprel

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

12:17
20 Aprel

Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb  

11:37
20 Aprel

Rusiyanın Tuapse limanına dron hücumu nəticəsində bir nəfər ölüb

11:36
20 Aprel

Həftəsonu 85 cinayətin açılması təmin olunub

11:34
20 Aprel

Premyer Liqada son 10 mövsümün rekordu  

11:32
20 Aprel

"Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib

11:30
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!