Ən soyuq və ləzzətli desert
Dünyanın ən qədim desertləriandən sayılan dondurmanın yaşının 5000 ildən çox olduğu təxmin edilir. Hələ e.ə. 3000-ci ildə Çinin zəngin evlərində süfrələrə buzla və ya qarla qarışdırılmış meyvə şirələri verilirdi. Reseptlər və üsullar gizli saxlanılırdı və yalnız eradan əvvəl “Şi - kinq” kitabında - qədim mahnıların ehkamlar toplusunda reseptlərin sirri açılmışdı.
Dondurma hazırlanması reseptinin nə zaman, harada və kim tərəfindən fikirləşib tapılması bəlli deyil. Məlum olan təkcə budur ki, hələ Makedoniyalı İsgəndərin dövründə meyvələri və giləmeyvələri qarda dondururmuşlar. Qar gətirməkdən ötrü dağlara sürətli qaçmaq üçün xüsusi təlim keçmiş qulları göndərirmişlər. Onlar elə sürətli qaçmalıydılar ki, qar mənzil başına çatdırılana qədər əriməsin.
Məhsul yığımı zamanı soyudulmuş şirələrin istifadəsini təsvir edən daha bir qədim mənbə İsrail çarı Solomonun məktublarıdır. Məşhur antik dövr həkimi Hippokrat dondurmanı sağlamlığın möhkəmlənməsi üçün tövsiyə edirdi.
Roma imperatoru Neronun (b.e.ə. I əsr) sarayında soyudulmuş və şirinləşdirilmiş şirələrdən geniş istifadə edilirdi. Onların hazırlanması üçün qarı uzaq Alp buzlaqlarından gətirirdilər, qarın uzun müddət saxlanması üçün isə geniş tutumlu qar zirzəmiləri tikirdilər.
Dondurma Avropaya XIII-XIV əsrdə yaşamış İtaliya səyyahı və yazıçısı Marko Polonun sayəsində gəlib. O, Çində olarkən dondurmanı o qədər sevib ki, öz vətəni İtaliyaya qayıdarkən yerli kulinarlara onun hazırlanmasının bəzi reseptlərini verib. XVI əsrdə dondurma Fransanı, daha sonra Almaniyanı fəth edib.
XVI əsrin ortalarında Fransa kralının sarayında işləyən məşhur italiyalı kulinar Bentalenti dondurmanın və sərinləşdirici içkilərin hazırlanmasında çox böyük şöhrət qazanmışdı. Dondurmanı Fransa kraliçası Yekaterina Mediçi də çox sevirmiş. O, ziyafətlərdə öz qonaqlarını dondurmaya və onun öz reseptinə əsasən soyudulmuş naringi və portağal şirəsinin əlavə edildiyi şərbətə qonaq edirmiş. Fransa kralının müşavirləri dərhal dadlı dondurmanın reseptini və hazırlanma texnologiyasını əldə etməyə çalışırmışlar. Lakin resept dövlət sirrinə çevrilmişdi. Bu sirri yayanların kral xəzinəsini oğurlayanlardan daha ağır cəzalandırılması halları da az olmayıb.
Həmin dövrdə dondurmanın reseptinin yayılmasına görə sərt qadağalar onun yayılmasına mane ola bilmədi. Çox tezliklə dondurma Versaldan fransız zadəganlarının malikanələrinə gedib çıxdı.
Hələ dondurmanın hazırlanması kütləviləşməmişdən əvvəl onun reseptini bilən aşpazlar bunu sirr kimi gizli saxlayırdılar. Dondurma tez-tez çox güclü qalmaqalların, mübahisələrin səbəbinə çevrilirdi. Əyanlar üçün öz şəxsi dondurmaçısına malik olmaq şəxsi bərbərə və ya dərziyə malik olmaq qədər vacib idi.
Dondurmanın İngiltərəyə gedib çıxmasının əsl səbəbkarı isə Fransa kraliçası Yekaterina Mediçinin nəvəsi Henrietta Mariya olub. 1625-ci ildə Henrietta Mariya İngiltərə kralı I Karla ərə getdiyi zaman özünün şəxsi aşpazı və qənnadı ustası Herald Tissaynı da həmin ölkəyə aparır. Tissayn dondurma hazırlanmasının bir çox sirləri bilirdi. Maraqlıdır ki, Tissayn öz “sirlərini” açmağa yalnız 1649-cu ildə I Karlın edamından sonra cürət edib. Beləliklə, dondurmanın hazırlanma sirlərini İngiltərə də mənimsəyib. 1700-cü ildə ingilislər Amerikaya dondurmanın hazırlanma reseptlərini aparmaqla burada da onun yayılmasına səbəb olublar.
1649-cu ildə fransız kulinarı Jerar Tirsen vanilli dondurmanı yaradandan sonra buzlu desertin resepti daim yenilənməyə başlanır və getdikcə daha yeni-yeni növlər yaranır. 1782-ci ildə Parisdə kafedə müştərilərə artıq səksən növə yaxın dondurma təklif edilirdi.
XVII əsrin ortalarında dondurma Fransa paytaxtının bir çox sakinləri üçün əlçatan idi. Artıq 1676-cı ildə Parisin 250 qənnadı ustası dondurmaçılar korporasiyasında birləşmiş, həmin illərdə dondurma artıq ilboyu istehsal edilməyə başlanılmışdı.
III Napoleonun dövründə Parisdə ilk dəfə stəkanlarda plombir dondurması, İtaliyada dondurmadan assorti, Avstriyada isə qlyase qəhvəsi və şokoladlı dondurma istehsal edilməyə başlanıldı. Bu dövrdə xırda doğranmış badam və marsipanla qarışdırılmış dondurulmuş qaymaq, çiyələkli və sürtgəcdən keçirilmiş şokoladlı qat-qat dondurma yarandı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!