Ən qayğıkeş Prezident
Qarabağ şəhid ailələrinə və əlillərə xüsusi qayğı və diqqətinizi xalq yüksək qiymətləndirir. Çoxları, xüsusən də gənclər bilmirlər ki, Prezident İlham Əliyev bu müqəddəs işə illərlə öncə, Qaradağ rayonundan millət vəkili olandan başlayıb.
Yaratdığı “Qaradağın inkişaf fondu”nun maddi dəstəyi ilə Lökbatan qəsəbəsində Qarabağ şəhid ailələri və əlilləri üçün beşmərtəbəli, beşbloklu bina tikdirilmişdi. Mənzillərə telefon çəkilmiş, mebellə təmin olunmuşdu.
30 iyun 1999-cu il tarixdə Ulu Öndərin iştirak və çıxış etdiyi açılış mərasimində ziyalılar adından mən də çıxış etdim. Bu bina ölkəmizdə Qarabağ şəhid ailələri və əlilləri üçün tikilən ilk bina idi. Az sonra cənab İlham Əliyevin təşəbbüsü ilə 2-ci bina da tikildi.
İndi bütün şəhid ailələri və əlillərin evlə təmin olunması haqqında möhtərəm Prezidentimizin göstərişini eşidəndə, gözlərim önünə keçən əsrin 90-cı illərində, ağır vaxtlarda Qarabağ şəhid ailələri və əlillərinə göstərdiyi qayğı və diqqət gəlir.
Ali Baş Komandanımızın gördüyü, beynəlxalq aləmdə bizə başucalığı gətirən fərəhli işlərindən biri də Sloveniyada xalqımızın igid oğlu, Sloveniya və Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə xatirə muzeyi yaratmağı, muzeyin həyətində qəhrəmanımıza möhtəşəm heykəl ucaltdırmağı, ümumi məzarlıqda Mehdi Hüseynzadə başda olmaqla, o bölgədə alman faşistlərinə qarşı mübarizədə həlak olan döyüşçülərə abidə qoydurmağı, qranit üzərində adlarını, soyadlarını, anadan olduğu və əbədiyyətə qovuşduğu tarixi həkk etdirməyi, adlarını əbədiləşdirməyi olub.
Mən Sloveniyada sanatoriyada müalicə olunanda iki dəfə Mehdi Hüseynzadə xatirə muzeyini və abidəni ziyarət etmişəm. 2011-ci ildə xatirə muzeyinin açılışında Prezidentin iştirakına və vətənpərvərliyinə heyran olmuşam, qürur duymuşam. Mən bu hissi olimpiya oyunlarında dövlət başçımızın idmançılarımızı qələbə və vətənpərvərliyə ruhlandıranda da, qələbə münasibətilə onları doğma balası kimi bağrına basanda da, Vətən müharibəsində qələbə sevincini xalqımıza çatdıranda da, Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini dilə gətirəndə də, 30 ildən artıq blokada şəraitində olan Naxçıvana Ermənistan ərazisindən avtomobil və dəmir yolu çəkiləcəyini bəyan edəndə də, Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam Cümə məscidinə bağışlayanda da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla paytaxtımızda Zəfər paradı keçirəndə də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşaya gedəndə də, fəxrlə Cıdır düzündə “Əziz Şuşa, sən azadsan!” və “Qarabağ Azərbaycandır!” deyəndə də yaşamışam.
Nə gizlədim, dəfələrlə sevinc göz yaşlarımı saxlaya bilməmişəm. Qarabağı azad gördüyümə görə Yaradana və istəkli Ali Baş Komandanımıza dua oxuyuram. Ədəbiyyat adamı olsam da, Prezidentimizdə olan vətənsevərliyi ifadə etməkdə çətinlik çəkirəm.
Liderimiz ümumxalq məhəbbəti qazanıb, ürəklərdə məskən salıb. Tariximizin qızıl hərflərlə yazılan ən parlaq səhifələrindən biri onun adı ilə bağlıdır.
Arzu edərdim, işğaldan azad edilmiş rayonların hər birində o rayon ərazisində döyüşlərdə şəhid olmuş Vətən oğullarına Sloveniyadakı kimi abidə qoyulsun. Abidənin üzərində şəhid olmuş igidlərimizin adı, soyadı, anadan olduğu və şəhid olduğu il yazılsın. Bu, bir tərəfdən şəhid ailələri üçün təsəlli olardı, digər tərəfdən gələcəkdə bu yerləri ziyarət edən diplomatik korpusun nümayəndələrinin, əcnəbi turistlərin, istirahətə gələnlərin, bizi əvəz edəcək nəsillərin doğma Qarabağı, mədəniyyət paytaxtı elan edilən Şuşanı nəyin bahasına azad etdiyimiz haqqında tam təsəvvürləri yaranardı.
Qəzənfər PAŞAYEV,
Əməkdar elm xadimi,
professor
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!