Ən çox rast gəlinən beş diş problemi
Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi olaraq mədə-bağırsaq sistemində və digər orqanlarda müxtəlif xəstəliklər yarana bilər. Diş əti problemləri haqqında məlumatlandıqda onların qarşısını almaq daha asan olur.
Kariyes
Bu problemlə insanların 95 faizi üzləşir. Dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi kariyesdir. Bu problem müxtəlif səbəblər nəticəsində baş verə bilər. Kariyes diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Problemin yaranmasında yediyimiz qidalar, irsilik, mikroorqanizmlər, tüpürcəyin tərkibi və ağız boşluğunun gigiyena qaydalarının pozulması da böyük rol oynayır. Dişin güclü zədələnməsi nəticəsində isti, soyuq və şirin qidalar yedikdə güclü ağrı hiss olunur.
Pulpit
Pulpit bir çox amillərin təsiri nəticəsində yaranan diş pulpasının iltihabıdır. Xəstəlik əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Problemin əsas simptomları ağrıdır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan, gecə yaranan, güclənə və arabir kəsən, lokallaşan və ya irradiasiya edən, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, sızıldayan, küt sancılı və digər ağrılar. Bu xəstəliyin kəskin və xroniki növləri var. Xroniki pulpit simptomsuz davam edir və onu ancaq rentgen vasitəsilə aşkar etmək olar. Kəskin pulpiti isə hiss etməmək mümkün deyil. Belə ki, problem əsasən gecələr yaranan çox güclü ağrılarla davam edir.
Periodontit
Periodontit diş və onun sümük qundağı arasındakı ensiz boşluğu dolduran birləşdirici toxumanın iltihabıdır. Xəstəliyin kəskin və xroniki növü var. Xroniki periodontitə nadir hallarda rast gəlinir və iltihabın olmasına baxmayaraq uzun müddət əlamətsiz davam edə bilər. Xəstəliyin kəskin növü isə əsasən sızıldayan və çeynəyərkən kəskinləşən ağrılarla müşahidə edilir. Problem səbəbindən diş ətində şişliklər də əmələ gələ bilər.
Gingivit
Gingivit–damağın selikli qişasının iltihabi prosesidir. Bu, dişi əhatə edən hissənin yetərincə yayılmış xəstəliyidir. Problemə yeniyetmələrdə, 30 yaşadək gənclərdə və hamilələrdə daha çox rast gəlinir. Bu kateqoriya insanlarda xəstəlik adətən daha ağır keçir. Belə ki, onların bədənində hormonal dəyişikliklər baş verir. Gingivit müalicə olunmadıqda inkişaf edir və daha ağır fəsadlarla nəticələnə bilər. Problem paradontit və ya dişlərin tökülməsinə də səbəb ola bilər. Xəstəlik vitamin çatışmazlığı, həzm sistemi xəstəlikləri, immunitetin zəifləməsi kimi səbəblərdən yarana bilər.
Paradontit
Paradontit-damaq iltihabı, vaxtından əvvəl dişlərin itirilməsinə səbəb olan xəstəlikdir. Statistikaya əsasən 35 yaşdan yuxarı insanların 90 faizində bu xəstəliyə rast gəlmək olar. İlkin mərhələdə ağrı olmadığına görə xəstəlik özünü bildirmir. Lakin xəstəliyin bir sıra simptomları var: diş fırçalama zamanı damağın qanaması, qızarmış, şişkin, ağrılı, həssas diş əti, dış kökünün açılması, ağız qoxusu, diş aralarında əmələ gələn irin, dişlərin laxlaması, çeynəmə zamanı dişin hərəkətliyi.
Diş problemlərinin əsas profilaktikası mütəmadi olaraq stomatoloq qəbulunda olmaq və rentgen diaqnostikasından keçmək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!