Əməkdaşlıq üçün yeni perspektivlər var
Prezidentin Rusiyaya səfəri münasibətlərin daha da inkişafına təkan verəcək
Prezident İlham Əliyev aprelin 22-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Görüş çərçivəsində ölkə rəhbərləri bir sıra məsələləri müzakirə ediblər. Eyni zamanda Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş baş tutub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında Azərbaycan ilə Rusiyanın qonşu dövlətlər olduğunu və belə dövlətlərin münasibətlərinin yaxşı olmasının regionda, o cümlədən dünyada stabillik və əmin-amanlıq yaratdığını deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlər, həmçinin Rusiya ilə yaxşı münasibətlərin yaradılmasının əsası qoyuldu: "Bu əlaqələr indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Moskvaya səfəri, Rusiya Prezidenti ilə görüşü iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bir daha göstərdi. Bu səfər əsnasında maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndiyini gördük. Qeyd edək ki, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi dövriyyə 4 milyard dollara çatıb. Əməkdaşlıq üçün yeni perspektivlər də var, görüş zamanı bunlar da müzakirə edildi".
Deputat vurğulayıb ki, Ümummilli Liderin vaxtilə Rusiya və dünya üçün böyük əhəmiyyət daşıyan Baykal-Amur Magistralının inşasında böyük rolu olub. Bu, BAM-ın 50 illik yubileyi münasibətilə keçirilən görüşdə bir daha xatırlandı. Veteranlarla görüş zamanı Azərbaycanın dahi oğlunun SSRİ-nin ən nəhəng layihələrindən birinin həyata keçirilməsində xüsusi rolu qiymətləndirildi.
"Şimal-Cənub" dəhlizinin işə düşməsi üçün tərəflərin ciddi müzakirələr apardığını deyən deputat bildirib ki, bu layihə həm də yüz minlərlə yeni iş yerinin açılması deməkdir. "Həmçinin ticarətin güclənməsi tərəflərin əməkdaşlığının, mehriban qonşuluq münasibətlərinin daha da inkişafı deməkdir. Şübhəsiz ki, görüşdə dünyada gedən proseslər də müzakirə olunub. Azərbaycanın dünya gündəliyində olan məsələlərlə bağlı mövqeyi birmənalıdır. Problemlər həmişə diplomatik yolla, beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü və maraqların bir-birinə yaxınlaşdırılması yönündə həll olunmalıdır", - deyə o əlavə edib.
A.Mirzəzadə sonda qeyd edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında yaxşı qonşuluq münasibətləri qurmağın çox vacib olduğunu göstərdi. Azərbaycan bu məsələdə növbəti nümunə nümayiş etdirdi.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib
05 May
“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub
05 May
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib FOTO
05 May
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağ...
05 May
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb ...
05 May
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
05 May
İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır ...
05 May
Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırıla...
05 May
Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu
05 May
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!