23 Aprel 2024 09:52
197
DÜNYA
A- A+

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

 

Ötən il ekstremal hava şəraiti səbəbi ilə Avropada 151 nəfər həlak olub, həmin vaxt qitə rekord sayda “ekstremal istilik stresi” günlərini yaşayıb.

Bu barədə AZƏRTAC “Kopernikus” İqlim dəyişməsi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına istinadla xəbər verir.

Avropa Yer kürəsində ən tez istiləşən qitədir, istilik səbəbi ilə ölüm hallarının sayı isə artır. 1980-ci illərdən bəri Avropada orta temperatur dünya ortalamasından təxminən iki dəfə tez artır. 2023-cü ildə orta temperatur sənaye dövründən əvvəlki dövrdən 2,6 dərəcə yüksəkdir, hərçənd dünyada bu göstərici 1,48 dərəcə təşkil edib.

Bildirilir ki, 2023-cü ildə Avropada orta temperaturdan daha yüksək göstərici müşahidə edilib - Skandinaviya, İslandiya və cənub-şərqi Qrenlandiya istisna olmaqla. Ötən il Avropada ümumilikdə orta göstərici ilə müqayisədə təxminən 7 faiz çox yağıntı yağıb. Ekstremal yağıntının miqdarının artması 2023-cü ildə İtaliya, Yunanıstan, Sloveniya, Norveç və İsveçdə böyük daşqınlara gətirib çıxarıb, eyni zamanda digər regionlara quraqlıq yayılıb.

“2023-cü ildə Avropa tarixdə ən böyük meşə yanğınları, güclü dəniz istiləri və genişmiqyaslı dağıdıcı daşqınların şahidi olub, temperatur isə artmaqda davam edir”, – deyə “Kopernikus” İqlim dəyişməsi monitorinq Xidmətinin direktoru Karlo Buontempo vurğulayıb.

Qeyd olunur ki, iqlim dəyişməsi ilə əlaqəli maliyyə itkiləri 13,4 milyard avrodan çox məbləğdə qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video