08 May 2025 09:05
1976
Elm və texnika
A- A+
Ekoloji tarazlığın qorunması planetimizin gələcəyi üçün vacibdir

Ekoloji tarazlığın qorunması planetimizin gələcəyi üçün vacibdir


Təbiətdə olan bütün canlı-cansız aləm birləşərək bir zəncir yaradır. Zəncirin halqalarının biri əskilsə, qırılsa, bütün ekosistem zərər görür. İnsanlarla ətraf mühit arasındakı əlaqə təbiətin ən böyük tarazlıqlarından biridir. Canlı və ya cansız olmasından asılı olmayaraq, ekosistemin hər bir üzvünün vəzifəsi var. Hər hansı bir canlı növünün nəslinin tükənməsi isə tarazlığın pozulması deməkdir.

İsveçrənin Sürix Universitetinin alimləri 3667 tədqiqat nəticələrinə əsaslanaraq bildiriblər ki, planetimizin biomüxtəlifliyi ciddi təhlükə altındadır. Əldə edilən məlumatlara görə, mikroblardan meşələrə qədər bütün canlı növləri geri dönüşü olmayan məhvə sürüklənir. Bəşəriyyətin ətraf mühitə qlobal dağıdıcı təsirini dayandırmaq üçün təcili tədbirlər görülməlidir. 

Tədqiqatlar göstərir ki, insan fəaliyyətinin təsirilə yaşayış yerlərinin itirilməsi, ekoloji çirklənmə və iqlim dəyişikliyi quruda, şirin su və dəniz ekosistemlərində biomüxtəlifliyi əhəmiyyətli dərəcədə azaldıb və biomların strukturunu sistematik şəkildə dəyişib. Mütəxəssislər bildirirlər ki, əldə edilən son nəticələr Yerin geoloji tarixinin son dövrü olan Antrapogen dövründə olduğumuzun bariz göstəricisidir. Bu dövr insan fəaliyyətinin planetin ekosistemlərinə və təbii proseslərə təsirinin əhəmiyyətli dərəcədə artdığı geoloji dövrdür.

Dünyanın quru ərazisinin üçdəbirini əhatə edən və canlı aləmin yarıdan çoxuna yuva olan meşələr ekosistemin ən vacib qollarından biri hesab edilir. Dünyanın ağciyəri hesab edilən meşələr canlıların yaşaması üçün lazım olan oksigenin böyük hissəsini istehsal edir. Quruda yaşayan canlıların 80 faizinin sağ qalması meşələrdən asılıdır. Onların məhvi ilə heyvanların sayının azalması ekosistemdə böyük bir boşluq deməkdir. Statistik məlumatlara əsasən, son 15 ildə dünyada hər il orta hesabla 10 milyon hektar meşə sahəsi yox olub. Ən çox meşə itkisi yaşayan ölkələr sırasına Braziliya, Konqo Demokratik Respublikası və İndoneziya daxildir. 1970-ci ildən 2020-ci ilə qədər bütün dünyada monitorinq edilən vəhşi təbiət populyasiyalarında orta hesabla 73 faiz azalma müşahidə edilib. Latın Amerikası və Karib hövzəsi ölkələrində ən böyük azalma baş verib - 94 faiz. Şimali Amerikada 33 faiz, Afrikada 65 faiz, Asiya Sakit okean hövzəsində 45 faiz, Avropa və Mərkəzi Asiyada isə 24 faiz azalma olduğu bildirilib.

Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağacın kəsilməsi bu insanların birgünlük oksigen ehtiyatının itirilməsi deməkdir. Meşələr bitki və heyvanlar üçün həm də təbii su mənbəyidir. Bitki örtüyündə və torpaqda böyük miqdarda karbon saxlanılır ki, bu proses də iqlimə müsbət təsir edərək qlobal istiləşmənin qarşısını alır, su buxarını kondensasiya edərək yağışın yağmasına səbəb olur.

Mütəxəssislərin etirafına görə, hazırda planetimizin məruz qaldığı təhdidlərdən biri dünya okeanının ekoloji fəlakətlə üzləşməsidir. Dəniz və okeanların təməl kimyasını isə insanlar şüursuz və ya şüurlu şəkildə dəyişdirir, məhv edirlər. Hər il okeanlardan milyonlarla ton plastik tullantı toplanır. Bu vəziyyət dəniz həyatı üçün ölümcül nəticələrə səbəb olur. Araşdırmalar göstərir ki, temperatur artımı davam edərsə, növlərin 16 faizi nəsli kəsilmək təhlükəsi ilə üzləşəcək. Həddindən artıq balıq ovu, yaşayış mühitinin yox edilməsi və iqlim dəyişikliyi okeanları məhv edir. Təəssüf ki, bu dağılma son 50 ildə böyük vüsət alıb. Bu gün okean suları üçün ən təhlükəli çirkləndiricilərdən biri də dəniz və okeanlara axıdılan kimyəvi maddələr, plastik tullantılardır. Bu zərərli maddələr yavaş-yavaş balıqlarda yığılır və sonra onları yeyən daha böyük dəniz heyvanlarında özünü göstərir. Daha sonra isə süfrəmizə gələrək qida rasionumuza daxil olur.

Ekoloji tarazlığı qorumaqla gələcəyimizi sağlam zəminlər üzərində qura bilərik. İnsanlar təkrar emalla, su və elektrik enerjisindən istifadədə israfa yol verməməklə, bir sözlə, təbiətə daha hörmətlə yanaşmaqla planetin ömrünü uzada bilərlər. Biz bunu həm özümüz, həm də gələcək nəsillər üçün etməliyik.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın Aktau limanı potensialını artırır

09:41
24 İyun

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

09:40
24 İyun

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

09:39
24 İyun

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri ölkəmizə səfərə gəlib

09:39
24 İyun

İlon Mask trilyonçu statusunu itirib

09:38
24 İyun

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

09:37
24 İyun

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

09:36
24 İyun

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

09:35
24 İyun

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

09:32
24 İyun

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

09:32
24 İyun

Hörmüz boğazının açılması Avropanı yüksək enerji qiymətlərindən xilas edəcəkmi?

08:45
24 İyun

Dünya yeni geosiyasi reallığın astanasındadır

08:43
24 İyun

Zəngin ənənə və güclü istehsal potensialı

08:40
24 İyun

"İmzalanan sənədlər Azərbaycan-Türkmənistan əlaqələrini yeni səviyyəyə qaldırır"

08:35
24 İyun

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

08:31
24 İyun

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafında mühüm rol oynayır

08:30
24 İyun

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

08:25
24 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

08:20
24 İyun

Azərbaycan aqrar sektoru intensiv inkişaf modelinə keçir

08:15
24 İyun

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

08:10
24 İyun

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

08:05
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!