24 İyun 2026 08:25
173
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir


Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təminatı günümüzün müzakirə olunan aktual məsələlərindəndir. Bu il may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən sonra iyunun 18-də Bakının evsahibliyi etdiyi İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında  da  bu mövzu  aktual olub.

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında bir daha bildirib ki, ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız tam aydındır. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmaq planlaşdırılır. Suvarma sahəsində yeni uğurlara imza atılacaq. Bu istiqamətdə İslam İnkişaf Bankının da sanballı töhfələri gözlənilir. Belə ki, bu bankın su kanalları və su anbarlarının tikintisinə verdiyi dəstək sayəsində fermerlər su ehtiyatlarına daha geniş çıxış əldə edəcəklər. Bu da onlara   istehsalda  məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Ölkəmiz 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür. İİB və Azərbaycan arasındakı əməkdaşlıq ölkənin iqtisadi inkişafı və beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bu bank  nəqliyyat, enerji və sosial infrastruktur layihələrinin maliyyələşməsində fəal iştirak edir. İİB ilə əməkdaşlıq ölkəmizin iqtisadi potensialının artırılması, regionlarda həyata keçirilən layihələrin maliyyələşməsi ilə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verir.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərində İİB-lə əməkdaşlıq ölkəmiz üçün əlavə imkanlar yaradır. İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən tədbirdə Qarabağın azad edilməsindən sonra qurumun Azərbaycanla əməkdaşlığının daha da genişləndiyini bildirib. Həmin bölgədə gedən bərpa və yenidənqurma işlərini yerində görmək üçün qrupun sədri hətta iki dəfə oraya səfər edib. O, baş verən inkişafın təsiredici olduğunu deyir: "İlk maliyyələşdirdiyimiz layihələrdən biri su və irriqasiya sistemi ilə bağlı idi. Hazırda isə 430 milyon dollardan çox böyük bir layihə üzərində çalışırıq. Bu layihə kanalların bərpasını və su itkisinin qarşısının alınmasını nəzərdə tutur". 

İİB ilə əlaqələr  başladığı vaxtdan indiyədək Azərbaycanda 1,3 milyard  dollardan çox layihə olub. İndi isə avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla, digər sahələrə baxılır. İİB hökumətin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı transformasiya xarakterli layihələri dəstəkləməyə hazır olduğunu bəyan edib. "Biz bu layihələrin həyata keçirilməsinə əlavə dəyər və təcrübə gətirə biləcəyimizə inanırıq", - deyə Məhəmməd Süleyman Əl-Casir bildirib.

Xatırladaq ki, mayın 7-də  maliyyə naziri Sahil Babayev və həmin vaxt ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında da görüş olmuşdu. Görüşdə Azərbaycan-İİB əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdi. Keçiriləcək toplantıların uğurlu olacağına və əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platformaya çevriləcəyinə əminlik ifadə edilmiş, bank tərəfindən həmin vaxtadək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard dollardan artıq vəsait ayrıldığı diqqətə çatdırılmışdı.

Qeyd edək ki, Azərbaycan-İİB əməkdaşlığı çərçivəsində icra olunan "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır. Eyni zamanda bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.

Sözügedən görüş zamanı Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı. Bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanmışdı. 

Son görüş və tədbirlər bir daha aydın göstərir ki, İslam İnkişaf Bankı   Azərbaycan  üçün etibarlı tərəfdaş olmaqdan qürur duyur.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

09:36
24 İyun

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

09:35
24 İyun

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

09:32
24 İyun

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

09:32
24 İyun

Hörmüz boğazının açılması Avropanı yüksək enerji qiymətlərindən xilas edəcəkmi?

08:45
24 İyun

Dünya yeni geosiyasi reallığın astanasındadır

08:43
24 İyun

Zəngin ənənə və güclü istehsal potensialı

08:40
24 İyun

"İmzalanan sənədlər Azərbaycan-Türkmənistan əlaqələrini yeni səviyyəyə qaldırır"

08:35
24 İyun

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

08:31
24 İyun

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafında mühüm rol oynayır

08:30
24 İyun

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

08:25
24 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

08:20
24 İyun

Azərbaycan aqrar sektoru intensiv inkişaf modelinə keçir

08:15
24 İyun

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

08:10
24 İyun

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

08:05
24 İyun

Strateji hədəflər və perspektivli gələcək 

08:00
24 İyun

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!