24 İyun 2026 08:40
201
İQTİSADİYYAT
A- A+
Zəngin ənənə və güclü istehsal potensialı

Zəngin ənənə və güclü istehsal potensialı


Azərbaycan maşınqayırma sənayesini qısaca belə təqdim etmək olar


Maşınqayırma sənayesinə həm çoxsaylı, həm də vacib sahələr - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobil istehsalı, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınlarının hazırlanması, eləcə də elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının istehsalı daxildir. Bu sahədə çalışan minlərlə mühəndis, texnik və fəhlənin səyi sayəsində maşınqayırma sənayesi daim yenilənir və inkişaf edir, eləcə də daxili bazarın tələbatını ödəyir, digər sahələrin modernləşməsinə birbaşa təsir göstərir.

Qlobal təcrübə göstərir ki, sənaye istehsalının inkişaf səviyyəsi ilə maşınqayırma sektorunun gücü arasında birbaşa əlaqə mövcuddur. Yüksək inkişaf etmiş ölkələrdə bu sahə ümumi sənaye istehsalının əsas hissəsini təşkil edir və ixrac strukturunda mühüm paya sahibdir.  Məsələn, Almaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə maşınqayırma sənayesi ümumi sənaye istehsalının əhəmiyyətli hissəsini təşkil edir və ixracın əsas dayaqlarından biri hesab olunur. 

Bu baxımdan Azərbaycanda da maşınqayırma sənayesinin formalaşması və inkişafı ölkənin sənaye tarixində mühüm yer tutur. Onun təməli XIX əsrin ortalarında neft sənayesinin sürətli inkişafı ilə qoyulub. 1848-ci ildə dünyada ilk dəfə olaraq Bakıda neftin sənaye üsulu ilə hasilatına başlanılması, 10 il sonra ilk metal emalı zavodunun inşa edilməsi və 1859-cu ildə dünyanın ilk neftayırma zavodunun istifadəyə verilməsi ölkədə sənaye infrastrukturunun yaranmasına güclü təkan verdi. Neft hasilatı, emalı və gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq bu sahələrə xidmət edən maşınqayırma və metal emalı müəssisələri formalaşmağa başladı. XX əsrin əvvəllərində Bakı artıq regionun mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi. 1911-1913-cü illərdə şəhərdə 12 maşınqayırma zavodu fəaliyyət göstərirdi. Birinci Dünya müharibəsinin başladığı dövrdə isə Bakı və ətraf ərazilərdə 127 mexaniki və metal emalı müəssisəsi mövcud idi. Həmin müəssisələrdə 8 mindən artıq işçi çalışırdı ki, bu da sənaye potensialının miqyasını bariz şəkildə ortaya qoyurdu.

Əslində, Azərbaycan maşınqayırmasının inkişafı bilavasitə neft sənayesinin tələbatı ilə bağlı olub. İlk dövrlərdə xaricdən gətirilən avadanlıqlar Nobel qardaşlarının, Rotşildlərin, Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun və digər sahibkarların emalatxanalarında  təmir olunur, təkmilləşdirilir və istismar üçün hazırlanırdı. Məhz həmin emalatxanalar sonralar ölkənin ilk maşınqayırma müəssisələrinin əsasını təşkil edərək, Azərbaycanın sənaye tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Beləliklə, ölkədə neft-maşınqayırma sənayesi formalaşaraq iqtisadiyyatın aparıcı istiqamətləri sırasında yer aldı. 

Məhz bu tarixi və sənaye bazası üzərində formalaşan Azərbaycan neft maşınqayırması sonrakı dövrlərdə ölkənin ən mühüm sənaye sahələrindən birinə çevrildi. Neft sənayesinin inkişafı ilə paralel olaraq maşınqayırma müəssisələrinin istehsal imkanları genişləndi, yeni texnologiyalar tətbiq olundu və tədricən regional əhəmiyyət daşıyan sənaye kompleksi kimi diqqət çəkməyə başladı. Uzun illər Azərbaycanda istehsal olunan neft maşınqayırması məhsullarının əsas hissəsi "Azneftkimyamaş" sisteminə daxil olan müəssisələr tərəfindən buraxıldı.  Keçmiş SSRİ-nin bütün neftçıxarma regionlarında istifadə edilən neft və qaz hasilatı, eləcə də quyuların cari və əsaslı təmiri üçün nəzərdə tutulmuş avadanlıqların təxminən 70 faizi Azərbaycanda istehsal edilirdi. Respublikada istehsal olunan neft-mədən avadanlıqları və texniki vasitələr yalnız ittifaq daxilinə deyil, dünyanın 35-dən çox ölkəsinə ixrac olunurdu. Bu göstəricilər Azərbaycanın həmin dövrdə neft maşınqayırması sahəsində ixtisaslaşmış mühüm istehsal mərkəzlərindən biri statusunu təsdiqləyirdi.

Azərbaycan neft-qaz maşınqayırma sənayesinin təşkilatlanmış inkişaf mərhələsi 1935-ci ildən başlanır. Həmin il neft-mədən avadanlıqları və alətlərinin istehsalı, eləcə də təmiri ilə məşğul olan müəssisələrin birləşdirilməsi nəticəsində "Azneftmaş" yaradıldı. Vaxt keçdikcə qurum inkişaf edərək, Ümumittifaq Sənaye Birliyi "Soyuzneftmaş"ın tərkibində fəaliyyət göstərib, daha sonra isə "Azneftkimyamaş" Dövlət Şirkətinə çevrilib. Müstəqillik dövründə də neft maşınqayırması sənayesinin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. 2001-ci ildə "Azneftkimyamaş" Dövlət Şirkətinin bazasında eyniadlı Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb, beləliklə də bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Hazırda cəmiyyətin müəssisələrində geoloji-kəşfiyyat, qazma, neft və qaz hasilatı, quyuların təmiri, mədənlərin abadlaşdırılması, eləcə də kimya sənayesi və kənd təsərrüfatı üçün yüzlərlə adda maşın, avadanlıq, alət və ehtiyat hissələri istehsal edilir.

"Azneftkimyamaş" ASC-nin istehsal və elmi-texniki potensialının əsasını onun tərkibində fəaliyyət göstərən ixtisaslaşmış zavodlar, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri təşkil edir. Cəmiyyətin strukturuna daxil olan Bakı Neft Maşınqayırma Zavodu, "Bakı Fəhləsi" Maşınqayırma Zavodu, Suraxanı, Zabrat, Balaxanı və Səbail maşınqayırma zavodları, eləcə də Bakı Neftqazmədən Avadanlıqları Zavodu və B. Sərdarov adına Maşınqayırma Zavodu neft-qaz sənayesi üçün müxtəlif təyinatlı avadanlıqların istehsalında mühüm rol oynayır.

Azərbaycanda neft-qaz sənayesinin inkişafında mühüm rol oynayan strateji müəssisələrdən biri də Bakı Dərin Özüllər Zavodudur. 1978-ci ildə təməli qoyulan və 1984-cü ildə istismara verilən zavod Xəzər dənizində iri neft-qaz layihələrinin həyata keçirilməsi üçün zəruri olan dərin dəniz özüllərinin istehsalı üzrə ixtisaslaşıb. Müasir istehsal imkanlarına malik olan müəssisə müxtəlif dərinliklərdə istifadə edilən dəniz platformalarının və iri metal konstruksiyaların hazırlanmasını həyata keçirir. Zavodun istehsal etdiyi ilk stasionar dəniz platforması 1985-ci ildə "Günəşli" yatağında quraşdırılıb. Sonrakı illərdə müəssisə onlarla dəniz platforması və müxtəlif təyinatlı metal konstruksiyalar istehsal edib. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə neft strategiyasında yeni mərhələ başlandı və Bakı Dərin Özüllər Zavodu Xəzərin Azərbaycan sektorunda həyata keçirilən bütün iri neft-qaz layihələrinin icrasında fəal iştirak edən əsas sənaye müəssisələrindən birinə çevrildi. Bu gün də müəssisə ölkənin enerji və sənaye potensialının möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.

Azərbaycan maşınqayırma sənayesinin keçdiyi zəngin inkişaf yolu, əldə olunan uğurlar və formalaşmış istehsal ənənələri bu sahədə çalışan insanların əməyi ilə sıx bağlıdır. Məhz onların zəhməti sayəsində maşınqayırma regional sənayenin aparıcı istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2012-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 24-ü Maşınqayırma Sənayesi İşçiləri Günü kimi qeyd olunur. Peşə bayramının təsis edilməsi maşınqayırma sənayesində çalışan insanların əməyinə verilən yüksək dəyərin ifadəsi olmaqla yanaşı, bu strateji sahənin ölkənin iqtisadi inkişafında oynadığı mühüm rolun dövlət səviyyəsində təsdiqidir.

Hazırda Azərbaycan maşınqayırma sənayesi zəngin ənənələri və güclü istehsal potensialı ilə ölkə iqtisadiyyatının mühüm dayaqlarından biri olaraq qalır. Müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və sənayenin rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahənin gələcək inkişafı üçün yeni imkanlar yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın Aktau limanı potensialını artırır

09:41
24 İyun

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

09:40
24 İyun

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

09:39
24 İyun

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri ölkəmizə səfərə gəlib

09:39
24 İyun

İlon Mask trilyonçu statusunu itirib

09:38
24 İyun

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

09:37
24 İyun

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

09:36
24 İyun

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

09:35
24 İyun

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

09:32
24 İyun

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

09:32
24 İyun

Hörmüz boğazının açılması Avropanı yüksək enerji qiymətlərindən xilas edəcəkmi?

08:45
24 İyun

Dünya yeni geosiyasi reallığın astanasındadır

08:43
24 İyun

Zəngin ənənə və güclü istehsal potensialı

08:40
24 İyun

"İmzalanan sənədlər Azərbaycan-Türkmənistan əlaqələrini yeni səviyyəyə qaldırır"

08:35
24 İyun

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

08:31
24 İyun

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafında mühüm rol oynayır

08:30
24 İyun

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

08:25
24 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

08:20
24 İyun

Azərbaycan aqrar sektoru intensiv inkişaf modelinə keçir

08:15
24 İyun

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

08:10
24 İyun

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

08:05
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!