Əhalinin sosial rifahının gücləndirilməsi daim prioritetdir
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla minimum əməkhaqqının, ayrı-ayrı dövlət orqanları əməkdaşlarının, müəllimlərin, dövlət qulluqçularının aylıq maaşlarının artırılması bəlli həqiqətlərə növbəti dəfə işıq saldı. Bir daha təsdiq olundu ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır və əhalinin sosial rifahının gücləndirilməsi daim prioritet olaraq qalır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin 2019-cu ilin ötən dövrü ərzindəki fəaliyyətinin diqqəti çəkən əsas məqamlarından biri sosial məsələlərlə bağlı qəbul etdiyi qərarlardır. Bu da onu göstərir ki, əhalinin bütün qruplarının rifahının yüksəldilməsi həyata keçirilən sosial siyasətin əsas leytmotividir. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla pensiya və əməkhaqlarına, sosial müavinətlərə tətbiq olunan artımlar təsdiqləmişdi ki, vətəndaşların maddi rifahının yüksəldilməsi dövlət başçısı üçün ümdə məsələlərdən biridir.
Məlum olduğu kimi, bu ilin əvvəlində tətbiq olunan sosial paketin ilkin mərhələsində 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi, şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata qaldırıldı. Sosial paketin əsas tərkib hissələrindən biri minimum əməkhaqqının artırılması olmuşdu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq, 130 manatdan 180 manata çatdırılmışdı.
Milli Məclisin fevralın 19-da qəbul etdiyi və cənab Pezidentin təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olundu. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxardı, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz, bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz artdı.
Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı isə ümumilikdə 576,8 min nəfəri əhatə etdi. Aprelin 1-dən qüvvəyə minən sərəncama uyğun olaraq sosial müavinətlər yaşa görə 130 manat, I qrup əlilliyə görə 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə 110 manat müəyyən olundu. Sərəncama əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar 150 manat, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri 80 manat, 5-dən çox uşağı olan qadınlar hər uşaq üçün 55 manat sosial müavinət alacaqlar. Bunlarla yanaşı, müavinətlər uşağın anadan olmasına görə 200 manata, dəfn üçün 300 manata çatdırıldı.
Məcburi köçkünlər də unudulmadı. Bu kateqoriyadan olan vətəndaşlara verilən aylıq müavinətlər 50 faiz artdı. Tələbə və doktorantlar da diqqətdən kənarda qalmadılar. Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı.
Çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi və dollarla götürülmüş kreditlərlə bağlı yaranmış problemə son qoyulması da ölkədə həyata keçirilən mütərəqqi sosial siyasətin bariz nümunəsi kimi tarixə düşdü.
Bütövlükdə Prezident İlham Əliyevin fevral ayında qəbul etdiyi sosial qərarlar təxminən 3 milyon vətəndaşı əhatə etmişdi. Maddi tərəfinə gəldikdə isə bu, böyük məbləğdə büdcə vəsaiti deməkdir. Konkret desək, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi məqsədlərinə 1,5 milyard manat ayrıldı.
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.
Dövlət başçısının "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bu da dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə müəyyən edilmiş əməkhaqqının orta hesabla 40 faiz artırılmasına imkan verir. Ümumilikdə minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin fevral ayında imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Bu isə o zaman 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Prezident tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması barədə sərəncamlar Azətbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.
Ölkədəki mütərəqqi sosial siyasəti özündə növbəti dəfə bariz şəkildə ehtiva edən son qərarlar ümumilikdə 2 milyon insanı əhatə edir. Bununla həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bir sözlə, artan maliyyə imkanları, Prezidentin bəyan etdiyi kimi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatıDigər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!