«Əhalinin sağlamlığının qorunması haqqında» qanuna dəyişiklik edilir
Yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin tərkibi dəmirlə zənginləşdirilməlidir
Aprelin 11-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, iclasın gündəliyinə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna bir neçə əlavə və dəyişikliklərin edilməsi məsələsi salınıb. Müzakirəyə çıxarılan dəyişikliklər barədə məlumat verən Hadi Rəcəbli deyib ki, qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra iki gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Həmçinin təklif olunan qanunlar qəbul edilərsə, pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağan olunacaq.
Müzakirə zamanı deputalardan Elmira Axundova, Sevinc Hüseynova, Yaqub Mahmudov əlavə və dəyişikliyi müsbət qiymətləndiriblər. Onlar təklf ediblər ki, xəstəliklə bağlı pasiyentin ailə üzvlərinə məlumat verilməsində qadağa aradan qaldırılsın. Deputatların suallarına cavab verən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bəzən xəstənin ailə üzvləri ciddi nöqsanlara yol verirlər. Bəzən xəstəliklə bağlı xəstəyə məlumat verib onu intihar həddinə çatdırırlar və ya onu xəstəxanaya yerləşdirməklə şəxsiyyətini təsdiq edən sənədlə mülkiyyətini mənimsəyirlər. Deputatın sözlərinə görə, məhz bu kimi hallara görə qanuna belə əlavələr edilib.
H.Rəcəbli bunun nəzərə alınacağını bildirib. Müzakirələrdən sonra layihə parlamentin plenar sessiyasına tövsiyə olunub.
İclasda haqqında söhbət gedən qanuna mühüm bir əlavənin edilməsi məsələsi də müzakirəyə çıxarılıb.
Komitə sədri Hadi Rəcəbli diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin Milli Məclisdə müzakirəyə çıxarılan hesabatında öz əksini tapan bir rəqəm onları çox düşündürüb: "Hesabatda göstərilib ki, 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb. Bu rəqəm bizi çox düşündürdü və narahat etdi. Ona görə biz sözügedən qanuna məlum dəyişikliklərin edilməsini təklif edirik".
H.Rəcəbli qeyd edib ki, bunlardan biri ərzağın zənginləşdirilməsi, digəri isə
0-3 yaşlarında anadangəlmə əlil uşaqlarla bağlı məsələləri əhatə edən dəyişikliklərdir. Onun sözlərinə görə, ərzağın zənginləşdirilməsi məsələsi artıq dünyanın əksər ölkələrində mövcuddur. Ona görə də bu yöndə ayrıca qanun hazırlamaqdansa, onu "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna müvafiq dəyişikliklər etmək yolu ilə tənzimləmək daha məqsədəuyğundur.
Təklif var ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 3-cü maddəsinin 6-cı abzasında "ekoloji" sözündən sonra "və ərzaq" sözlərinin əlavə edilməsini və həmin abzasa bu məzmunda ikinci cümlənin - "Xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutrientlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ-hüquqi aktların hazırlanması" cümləsi daxil edilsin.
Həmin maddənin 10-cu abzasına isə belə bir məzmunda ikinci cümlə əlavə edilsin: "Uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması tədbirlərinin həyata keçirilməsi;".
Dəyişikliklərlə bağlı aparılan müzakirələrdə müxtəlif fikir və təkliflər səslənib. Deputatlar Yaqub Mahmudov, Əhliman Əmiraslanov, Elmira Axundova çıxış edərək bildiriblər ki, hazırlanan sənəd günün tələbidir və Azərbaycanda artıq ərzağın zənginləşdirilməsi prosesinə start verilməlidir.
Müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!